Rusiya hərbi bazalarında yoxlamalara başladı
Rusiyanın Qaraçay-Çərkəz, Dağıstan, Çeçenistan respublikalarında və Krımdakı hərbi hissələrində həyəcan siqnalı verilib. Bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsinin Mətbuat Xidməti yayıb. Həyəcan siqnalı hərbi hissələrin döyüş hazırlığının qəfil yoxlanılması məqsədi ilə verilib. Yoxlamaya 3 min hərbçi, 1000-dən çox hərbi texnika cəlb edilib. Cəlb edilən hərbi texnika sırasında T-72B3 tankları, PDM-3 - piyadaların döyüş maşını, ZTR-82A zirehli transportyoru olub.
2 Mart 2017 16:45 DünyaRusiyanın Qaraçay-Çərkəz, Dağıstan, Çeçenistan respublikalarında və Krımdakı hərbi hissələrində həyəcan siqnalı verilib. Bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsinin Mətbuat Xidməti yayıb. Həyəcan siqnalı hərbi hissələrin döyüş hazırlığının qəfil yoxlanılması məqsədi ilə verilib. Yoxlamaya 3 min hərbçi, 1000-dən çox hərbi texnika cəlb edilib. Cəlb edilən hərbi texnika sırasında T-72B3 tankları, PDM-3 - piyadaların döyüş maşını, ZTR-82A zirehli transportyoru olub.
Qeyd edək ki, dünən Rusiyanın Ermənistandakı 102-ci bazasında da qəfil yoxlamalar olub. Axar.az