Şagirdlərin “Bakıelektrikşəbəkə”-yə ekskursiyası təşkil edilib

Binəqədi Rayon İcra Hakimiyyəti və M.Ə.Rəsulzadə Bələdiyyəsinin ictimai-humanitar sektorunun birgə təşkilatçılığı ilə qəsəbəsi ərazisindəki məktəblərin yuxarı sinif şagirdlərinin “Bakıelektrikşəbəkə” ASC Yarımstansiya Muzeyinə ekskursiyası keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, ekskursiyada Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı, M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov, ictimai-humanitar sektorun rəhbəri Günel Vahabzadə, bələdiyyə üzvləri, “Bakıelektrikşəbəkə” ASC Yarımstansiya Muzeyinin direktoru Pərisoltan Ramazanova, Rəsulzadə qəsəbəsi ərazisindəki məktəblərin yuxarı sinif şagirdləri, ASAN könüllüləri iştirak ediblər.

Binəqədi Rayon İcra Hakimiyyəti və M.Ə.Rəsulzadə Bələdiyyəsinin ictimai-humanitar sektorunun birgə təşkilatçılığı ilə qəsəbəsi ərazisindəki məktəblərin yuxarı sinif şagirdlərinin "Bakıelektrikşəbəkə" ASC Yarımstansiya Muzeyinə ekskursiyası keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, ekskursiyada Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı, M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov, ictimai-humanitar sektorun rəhbəri Günel Vahabzadə, bələdiyyə üzvləri, "Bakıelektrikşəbəkə" ASC Yarımstansiya Muzeyinin direktoru Pərisoltan Ramazanova, Rəsulzadə qəsəbəsi ərazisindəki məktəblərin yuxarı sinif şagirdləri, ASAN könüllüləri iştirak ediblər. Ekskursiyadan əvvəl Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı Binəqədi Rayon İcra Hakimiyyəti və M.Ə.Rəsulzadə Bələdiyyəsinin birgə təşkilatçılığı ilə keçirilən ekskursiyanın mahiyyəti barədə məlumat verib. Natiq elektrik enerjisinin gündəlik həyatımızdakı önəmini vurğulayaraq bildirib ki, bu ekskursiyanın təşkilində məqsəd Azərbaycanda elektrik enerjisinin tarixi, Bakıda yüksək templə inkişaf edən neft sənayesini elektrik enerjisi ilə təmin etmək məqsədilə elektrik stansiyalarının inşası, ümumiyyətlə elektrik enerjisinin əldə edilməsi barədə şagirdlərə məlumatların çatdırılmasıdır. M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov bildirib ki, "Bakıelektrikşəbəkə" ASC Yarımstansiya Muzeyinə ekskursiya zamanı məktəblilər ölkəmizdə ilk dəfə olaraq yaradılan yarımstansiya-muzeyində evimizin işığının hansı tarixi mərhələləri keçərək formalaşması, hansı texniki proseslərdən sonra mənzillərimizi işıqlandırması ilə yaxından tanış olmaq mümkündür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31