Hakim partiyanın üzvü müxalifətdən olan namizədi bıçaqladı
Ermənistanda müxalif "Çiçəklənən Ermənistan" partiyasının deputatlığa namizədi Abram Adamyan bıcaqlanıb. İnsident Ararat vilayətinin Sayat-Nova kəndində qeydə alınıb. Partiyanın parlamentdəki fraksiyasının rəhbəri Naira Zohrabyan "Azadlıq" radiosunun Ermənistan xidmətinə bıcaqlayan şəxsin hakim Respublika partiyasının üzvü olduğunu bildirib. Zohrabyan ölkədə seçkiqabağı mübarizənin siyasi müstəvidən kriminal müstəviyə keçdiyini deyir.
2 Mart 2017 16:43 DünyaErmənistanda müxalif "Çiçəklənən Ermənistan" partiyasının deputatlığa namizədi Abram Adamyan bıcaqlanıb. İnsident Ararat vilayətinin Sayat-Nova kəndində qeydə alınıb. Partiyanın parlamentdəki fraksiyasının rəhbəri Naira Zohrabyan "Azadlıq" radiosunun Ermənistan xidmətinə bıcaqlayan şəxsin hakim Respublika partiyasının üzvü olduğunu bildirib. Zohrabyan ölkədə seçkiqabağı mübarizənin siyasi müstəvidən kriminal müstəviyə keçdiyini deyir.
Partiyanın Masis şöbəsinin rəhbəri Tigran Stepanyan Adamyanın xəstəxanada əməliyyat oldunduğunu deyib. Polis Masis xəstəxanasına 1 yaralı gətirilməsi xəbərini təsdiqləyib. Ararat vilayətinin qubernatoru Aramais Grigoryansa onların dost olduqlarını deyib. Qeyd edək ki, aprelin 2-də Ermənistanda növbəti parlament seçkisi keçiriləcək. virtualaz