Bakı-Sumqayıt elektrik qatarının tariflərində dəyişiklik edildi
Martın 3-dən etibarən Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının gediş tariflərində dəyişiklik ediləcək. Bu barədə məlumat “OLAYLAR”-a “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olub. Bildirilib ki, xidmət xərclərinin balanslaşdırılması məqsədilə, 3 mart 2017-ci ildən etibarən Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarında gediş haqqı 1 -1,60 manat arasında dəyişəcək. Belə ki, qatardakı ekonom yerlər 1 manat, biznes yerlər isə 1,60 manat müəyyən edilib.
2 Mart 2017 16:50 SosialMartın 3-dən etibarən Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının gediş tariflərində dəyişiklik ediləcək. Bu barədə məlumat "OLAYLAR"-a "Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olub. Bildirilib ki, xidmət xərclərinin balanslaşdırılması məqsədilə, 3 mart 2017-ci ildən etibarən Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarında gediş haqqı 1 -1,60 manat arasında dəyişəcək. Belə ki, qatardakı ekonom yerlər 1 manat, biznes yerlər isə 1,60 manat müəyyən edilib.