Reproduktiv sağlamlığa dair seminarlar keçirilir
Paytaxtdakı ümumi təhsil müəssisələrində “Reproduktiv sağlamlığın tədrisi” proqramı çərçivəsində seminarlar təşkil olunur. “OLAYLAR”-ın xəbərinə görə, proqramın məqsədi gənc nəslin sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması, habelə gələcəkdə sağlam ailə qurması üçün uşaq və yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işlərini genişləndirməkdən ibarətdir. Seminar zamanı reproduktiv sağlamlıq üzrə şagirdlərə geniş məlumatlar verilir, sanitar-gigiyenik qaydalara əməl etmək və hər cür zərərli vərdişlərdən uzaq olmaq barədə maarifləndirmə işləri aparılır.
2 Mart 2017 16:51 SosialPaytaxtdakı ümumi təhsil müəssisələrində "Reproduktiv sağlamlığın tədrisi" proqramı çərçivəsində seminarlar təşkil olunur. "OLAYLAR"-ın xəbərinə görə, proqramın məqsədi gənc nəslin sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması, habelə gələcəkdə sağlam ailə qurması üçün uşaq və yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işlərini genişləndirməkdən ibarətdir. Seminar zamanı reproduktiv sağlamlıq üzrə şagirdlərə geniş məlumatlar verilir, sanitar-gigiyenik qaydalara əməl etmək və hər cür zərərli vərdişlərdən uzaq olmaq barədə maarifləndirmə işləri aparılır.