Gündəm
BNA-dan daha bir yenilik
Bakı Nəqliyyat Agentliyi paytaxtın nəqliyyat sisteminin, o cümlədən taksi xidmətinin modernləşdirilməsi, bu sahədə göstərilən xidmətlərin şəhərin müasir simasına uyğunlaşdırılması işləri çərçivəsində daha bir yeniliyə imza atıb.
1 143 nəfər şəxsə birdəfəlik müavinət ödənilib
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cari ilin birinci rübündə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilən, tibbi və sosial yardıma ehtiyacı olan 1 143 nəfər şəxsi birdəfəlik müavinətlə təmin edib.
Azərbaycanın uğurunu istəməyən antimilli qüvvələr
Azərbaycanın bəzi qonşuları kimi müxalifət sarıdan da bəxti gətirməyib desək yanılmarıq. Bir qayda olaraq ölkədə müxalifətin başlıca funksiyası iqtidarın atmış olduğu hansısa səhv, yalnış addımları görüb, ona müəyyən təkliflər, tövsiyyələr vermək, bu və ya digər seçkilərdə iştirak edib hakimiyyətə gəlmək istəyi olsa da. lakin bu yanaşmanı Azərbaycan müxalifəti üçün səsləndirmək heç də doğru olmazdı. Düzdür, ölkədə kifayət qədər sadaladığımız meyarlara cavab verən müxalifət partiyaları da var.
Türkiyə ilə Rusiya arasındakı münasibətlər daha da yumuşalacaq
Rusiya prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Soçi görüşü hələ də dünya siyasətçilərinin diqqət mərkəzindədir. Görüşün yekunlarının sözügedən dövlətlər arasındakı münasibətlərin istiləşmsinə, eləcə də regionda baş verən prosesləri təsiri barədə müxtəlif fikirlər səslənməkdədir.
FİFA iki ölkəylə bağlı cəzanı qüvvədə saxladı
Bəhreyndə FİFA-nın 67-ci Konqresinə start verilib. Qurum artıq bir sıra qərarlar qəbul edib. Tədbirdə Qvatemala və Küveyt futbol federasiyalarının diskvalifikasiyası məsələsinə də baxılıb. Hər iki quruma qoyulan cəzanın müddəti uzadılıb.
Əməkdar artistin səhhəti pisləşdi - xəstəxanaya yerləşdirildi
Əməkdar artist Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirilib. Gecə aktrisanın səhhəti pisləşib. N.Allahverdiyeva əməkdaşımızla söhbətində bildirib ki, həkimlər ondan bir neçə gün xəstəxanada qalmağı tələb ediblər: "Qəfildən çox pis oldum. Təcili xsətəxanaya yerləşdirildim. Həkimlər deyir ki, gərginlik və əsəbdəndir.
Baş katib: "IV İslam Həmrəyliyi Oyunları İslam ölkələri arasında əlaqələri daha da gücləndirəcək"
Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları İslam ölkələri arasında əlaqələri daha da gücləndirəcək. Bunu İslam Həmrəyliyi İdman Federasiyasının baş katibiFaysal Əbdüləziz Əl-Nassar Bakı-2017 İslam Həmrəyliyi Oyunları ilə bağlı bu gün keçirilən mətbuat konfransında deyib.
İslamiadada 3 müsəlman ölkəsi iştirak etməyəcək
İslam Həmrəyliyi Oyunları təkcə idman yarışı deyil, sülhün bərqərar olduğu, hər kəsin bir dildə danışdığı böyük mühüm tədbirdir. Bunu gənclər və idman naziri Azad Rəhimov IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminə həsr olunmuş mətbuat konfransında bildirib. Onun sözlərinə görə, açılış mərasiminə artıq saatlar qalır: "Bakı möhtəşəm və mühüm tədbirə ev sahibliyi edəcək. Bütün dünyanın diqqəti bizdə olacaq".
Elçin Şirinov Muğam Mərkəzində çıxış edəcək
Mayın 20 – də Muğam Mərkəzində istedadlı cazmen və bəstəkar Elçin Şirinov və onun qrupu çıxış edəcək. Mərkəzdən “Olaylar” – a bildirlib ki, konsertdə həmçinin Emiliya Yaqubova, Şamil Məmmədov, Ramiz Sevdiməliyev, Nicat Paşazadə iştirak edəcəklər.
Oman futbolçuları “Bakı-2017”də ilk qələbələrini qazanıblar
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışları davam edir. SİA-nın məlumatına görə, turnirin “B” qrupunun ikinci turu çərçivəsində Oman millisi Türkiyə yığmasını məğlub edib.
Türkmənistanlı idmançı: “Türkiyə millisi ilə qarşılaşma çətin oldu”
“Türkiyə millisi ilə qarşılaşma bizim üçün çox çətin oldu. Ona görə ki, həm rəqib güclü idi, həm də bu oyun “Bakı-2017”də belə böyük arenada ilk matçımız idi. Biz çalışdıq ki, daha yaxşı oynayaq. Ancaq çoxlu texniki səhvlərimiz oldu”. Bunu “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparan kişi voleybolçulardan ibarət Türkmənistan milli komandasının üzvü Arslanbek İskandarov deyib.
Əməkdar artistlərlə jurnalistlərin QARŞIDURMASI - Vəfa Zeynalovaya görə efirdə GƏRGİNLİK- VİDEO
ARB TV-də Elgiz Əkbərin təqdimatında yayımlanan "Elin gözü" verilişində gərgin anlar yaşanıb. Verilişdə əməkdar artist Vəfa Zeynalovanın "Cavabım var" rubrikasındakı çıxışı müzakirəyə çıxarılıb. Həmin rubrikada əməkdar artistin ona ünvanlanan sualların heç birinə düzgün cavab verə bilməməsi barədə danışan həmkarları mövzuya münasibət bildiriblər.
ABŞ geri çəkilir - Türkiyəyə 5 bəndlik təhlükəsizlik ZƏMANƏTİ
ABŞ PKK-nın Suriya qolu olan PYD-nin silahlı qanadı YPG-yə veriləcək ağır silahlarla əlaqədar Türkiyəyə təhlükəsizlik zəmanətləri verib. Nəşrin yazdığına görə, təhlükəsizlik zəmanətləri ABŞ-a gedən Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Hulusi Akar, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan və prezident administrasiyasının sözcüsü İbrahim Kalından ibarət türk nümayəndə heyətinə verilib.
İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi bizə olan inamın nəticəsidir
Artıq IV İslam Həmrəyliyi Oyunlarına sayılı saatlar qalır. Mayın 12-də rəsmi start götürəcək İslamiada təkcə ərəb dünyası, müsəlman aləmi deyil, ümumilikdə bütün dünyanın diqqətini Azərbaycana yönəldəcək. Birmənalı olaraq qeyd etmək yerinə düşər ki, IV İslam Hərməyliyi Oyunları bütün parametrləri üzrə ölkəımizə yalnız və yalnız müsbət dividentlər gətirəcək.
Vətəndaşlarda banka inam hissi yaradılmalıdır
Vətəndaş və bank bir-birinə sıx bağlı olan subyektlərdir. İstənilən zaman şəraitində mövcud iqtisadi situasiyanı müəyyən etmək və bu sahədə tibbi dildə desək, hərarət dərəcəsini ölçmək üçün məhz, bu iki subyekt arasında münasibətlərin real vəziyyətinə diqqət yetirmək kifayətdir.














