Gündəm

Azərbaycana gizli gəlib, qanunsuz çəkiliş aparan ERMƏNİ GÜLLƏLƏNDİ

11 May 2017 15:26

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində qanunsuz çəkiliş aparan Ermənistanın “Şant” telekanalının operatoru David Atoyan güllə yarası alıb. “news.am” saytı xəbər verir ki, hadisə mayın 10-u saat 18:00 radələrində olub.

IV İslam Həmrəyliyi Oyunları məktəblərdə təbliğ olunur

11 May 2017 15:22

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində IV İslam Həmrəyliyi Oyunlarının təşviqat kompaniyası çərçivəsində şagirdlərlə görüşlər keçirilir.

Binəqədi rayonunda ümumrayon iməciliyi keçirilib

11 May 2017 15:21

Müstəqil Azərbaycan Dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə paytaxtın Binəqədi rayonunda ümumrayon iməciliyi, ağacəkmə və güləkmə aksiyaları keçirilib.

Gənclər antisemitizmə yox deyir

11 May 2017 15:18

Gənclər Təşkilatları Milli Şurasının beynəlxalq əlaqələr üzrə katibi İlhamə Qasımzadə Avropa Şurasının "Nifrət Nitqinə Yox Hərəkatı" Kampaniyası çərçivəsində "Antisemitik Nifrət Nitqinə Qarşı Mübarizə" mövzusunda keçirilmiş seminarda Azərbaycanı təmsil edib. “OLAYLAR”-a daxil olan məlumata görə, Fransanın Strasburq şəhərində keçirilən seminarın əsas məqsədi Avropa ölkələrində antisemitizmlə bağlı təcrübələri bölüşmək, onunla milli və Avropa səviyyəsində mübarizənin ən effektiv yollarını müəyyənləşdirməkdir.

UNEC İslam Dünyası Universitetləri Federasiyası ilə əməkdaşlığı genişləndirir

11 May 2017 15:17

IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Bakıda səfərdə olan İSESCO-nun baş direktoru və İslam Dünyası Universitetləri Federasiyasının (FUIW) baş katibi Əbdüləziz bin Osman əl-Tuveycri ilə UNEC rektoru, professor Ədalət Muradov arasında işçi görüş keçirilib.

BDM türk aktyorların Ermənistana səfərinə etiraz edir

11 May 2017 15:16

Beynəlxalq Diaspor Mərkəzi (BDM) və Əsilsiz Erməni İddialarına qarşı Mübarizə Dərnəyi (ASİM-DER) Türkiyənin Bursa şəhərinin Nilufər Bələdiyyəsinin aktyorlarının erməni yazar Hagop Baronyanın “Şark Dişçisi” adlı əsəri əsasında teatr nümayişi ilə bağlı Ermənistana turneyə çıxmasına etiraz olaraq birgə bəyanat yayıb.

Rafael Dadaşovun səhhəti barədə SON XƏBƏR - QIZI DANIŞDI

11 May 2017 15:14

Bir neçə gün öncə  Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilən Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Rafael Dadaşovun səhhəti barədə yeni xəbər var.

Azərbaycan dünya ölkələri üçün yeni tarix yazır

11 May 2017 15:13

Artıq Azərbaycan dünya ölkələrinin idman hərəkatında yeni tarix yazmaqdadır. Demək olar ki, bu yazılı səlnamə Birinci Avropa Oyunlarının açılış mərasimi ilə tarixə qovuşmuş oldu. Bununla da Azərbaycan Avropa qitəsində heç vaxt mövcud olmayan idman yarışlarının əsasını qoymuş oldu. Baxmayaraq ki, ilk Olimpiada Oyunları öz məşəlini Avropadan götürür, amma indiyə qədər bu qitənin öz idman yarışı olmayıb.

Suyu necə və hansı miqdarda qəbul etmək lazımdır?

11 May 2017 15:11

İnsanın həyatda yaşaması üçün vacib olan təbii vasitələrdən biri də sudur. Gün ərzində suya olan tələbatı ödəmək üçün bu mayedən istədiyimiz qədər istifadə edirik. Ancaq çox zaman sudan hansı miqdarda istifadə etməıli olduğumuzun fərqinə varmırıq. Xüsusilə, yay aylarında və müqəddəs Ramazan ayında belə hallar müşahidə edilir. Qarşıdan İslam dünyasının müqəddəs Ramazan ayının və yay fəslinin gəldiyini nəzərə alsaq, bu məqama ciddi diqqət yetirməyə zərurət yaranır. Təsadüfi deyil ki, bir sıra hallarda oruc tutan mömünlərimiz də su qəbul edərkən bəzi nüanslara diqqət yetirmədiyi üçün orqanizmlərində rahatsızlıq hiss edirlər.

Halal turizm standartları ölkəmizə nə vəd edir?

11 May 2017 15:08

Son zamanlar müsəlman ölkələrindən, eləcə də  Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları öncəsi ölkəmizə  çoxsaylı turist axını Azərbaycanda halal turizm standartlarının tətbiqini zəruri edir. Məsələ orasındadır ki, ölkəmiz üçün yeni olan halal turizm standartları cəmiyyətdə birmənalı qarşılanmır. Reallıq isə ondan ibarətdir ki, sözügedən standartlar artıq müsəlman ölkələrində xeyli müddətdir ki, tətbiq olunmaqdadır. Maraqlıdır, halal turizm standartları dedikdə nə nəzərdə tutulur və ölkəmizdə onun tətbiqi hansı səviyyədədir?

Qalib jurnalistlər mükafatlandırıldılar

11 May 2017 15:07

Mayın11- də  Beynəlxalq Mətbuat Mərkəzində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəs (SMPDK) və Azərbaycan Respublikasının Prezidentiyanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun  (KİVDF) birgə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb. "Keyfiyyət infrastrukturunun inkişafı rəqabətədavamlı ixrac məhsulları istehsalının vacib amilidir" mövzusunda keçirilən müsabiqə qaliblərinin mükafatlandırılmasına həsrolunmuş tədbirdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov, KİVDF- nin icraçı direktoru Vüqar Səfərli, ölkənin aparıcımedia orqanlarının baş redaktorları və qalib jurnalistlər iştirak ediblər. Tədbir iştirakçılarını salamlayan Fondun icraçı direktoru Vüqar Səfərli qaliblərinmükafatlandırılmasının ölkədə əhəmiyyətli tədbirlərin keçirildiyi bir vaxta, əlamətdar günlərə təsadüf etdiyini söyləyib.

Ata evindən qızıl oğurlayan oğulun əlləri qandallandı

11 May 2017 15:04

Cəlilabad rayonunda oğurluq hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, mayın 8-nə keçən gecə Cəlilabad rayonunda yaşayan Əfqan İsmayılovun evindən 2500 manat dəyərində qızıl əşyalar oğurlanıb.Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən görülən tədbirlərlə qızıl əşyaların onun oğlu Adəməli tərəfindən oğurlanması müəyyən edilib.

Ekspert: “Pul bazasının kiçilməsi manat qıtlığı yaradır”

11 May 2017 15:02

“Azərbaycanda manat bazasının Ümumi Daxili Məhsuldakı (ÜDM) payı 11.4 faizdir. Bu ilin ilk rübündə Mərkəzi Bankın təşkli etdiyi depozit hərracları vasitəsi ilə pul bazası daha 600 milyon manat azalaraq 6.8 milyard manata düşüb.

SMPDK nümayəndələri Çinə səfər edəcəklər

11 May 2017 15:00

Mayın 13-də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Çinə səfər edəcək. Bu barədə məlumatı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov verib. Komitə sədri bildirib ki, səfərdə məqsəd Çinin müvafiq qurumu ilə razılaşma sənədi imzalamaqdır: “Çün Azərbaycan üçüb geniş bir bazardır. İstərdik ki, Azərbaycanda istehsal olunan məhsullar bu ölkəyə ixrac edilsin. Bunun üçün bizim tərəfdən verilən sertifikatın Çində tanınması vacibdir. Səfərdə məqsəd də bu barədə razılığa gəlməkdir”.   

Azərbaycanda standartların seçilməsi könüllü olacaq

11 May 2017 14:58

Azərbaycanda “Texniki təmzimləmə haqqında” qanun qəbil ediləcək. Bu barədə məlumatı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov verib. Komitə sədri bildirib ki,  artıq aidiyyatı qurumlar qanun layihəsi barədə rəylərini veriblər, sənəd Milli Məclisdə müzakirə mərhələsindədir: “Qanun özündə ölkənin milli standartlarını ehtiva edir.