Binəqədi rayonunda ümumrayon iməciliyi keçirilib
Müstəqil Azərbaycan Dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə paytaxtın Binəqədi rayonunda ümumrayon iməciliyi, ağacəkmə və güləkmə aksiyaları keçirilib.
11 May 2017 15:21 SosialMüstəqil Azərbaycan Dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə paytaxtın Binəqədi rayonunda ümumrayon iməciliyi, ağacəkmə və güləkmə aksiyaları keçirilib. "OLAYLAR"-a daxil olan məlumata görə, aksiyalar zamanı rayon ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb, ərazilərə 1600m2 çəmən, 3000 çiçək, onlardan 100 alyandra, 200 zeytun, 200 eldar şamı, 200 sərv, 200 çinar, 200 şam ağacları əkilib. Ümumrayon iməciliyində çıxış edənlər Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, YAP Binəqədi rayon təşkilatnın sədri Ramiz Göyüşov qeyd ediblər ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə təşkil olunan ümumrayon iməcliyində əsas məqsəd ulu öndərin hər zaman xüsusi önəm verdiyi yaşıllıqların daha da genişləndirmək, ekoloji tarazlığını bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti və təbiətə qayğı hissini təbliğ etməkdir. Daha sonra məktəblilər təbiət elementlərinin üzərində əks olunduğu tortu kəsiblər. Ümumrayon iməcliyinin ikinci hissəsi 6-cı mikrorayon, məscid yolu ətrafında məktəbəqədər təhsil müəssisələrinin hazırladıqları konsert proqramı ilə davam edib.