Azərbaycanda standartların seçilməsi könüllü olacaq

Azərbaycanda “Texniki təmzimləmə haqqında” qanun qəbil ediləcək. Bu barədə məlumatı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov verib. Komitə sədri bildirib ki,  artıq aidiyyatı qurumlar qanun layihəsi barədə rəylərini veriblər, sənəd Milli Məclisdə müzakirə mərhələsindədir: “Qanun özündə ölkənin milli standartlarını ehtiva edir.

Standartlara dövlət nəzarəti aradan qaldırılacaq

Azərbaycanda "Texniki təmzimləmə haqqında" qanun qəbil ediləcək. Bu barədə məlumatı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov verib. Komitə sədri bildirib ki,  artıq aidiyyatı qurumlar qanun layihəsi barədə rəylərini veriblər, sənəd Milli Məclisdə müzakirə mərhələsindədir: "Qanun özündə ölkənin milli standartlarını ehtiva edir. Lakin sənəd qəbul edildikdən sonra standartlara dövlət nəzarəti aradan qaldırılacaq. Nəticədə standartların müəyyən edilməsi könüllü olacaq. Belə ki, dövlət standart reqlamentini müəyyən edəcək. Müəssisələr isə həmin reqlamentə uyğun olaraq öz standartlarını seçəcəklər. Bu isə ölkədə rəqabət mühitinin formalaşmasına zəmin yaradacaq". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31