UNEC İslam Dünyası Universitetləri Federasiyası ilə əməkdaşlığı genişləndirir

IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Bakıda səfərdə olan İSESCO-nun baş direktoru və İslam Dünyası Universitetləri Federasiyasının (FUIW) baş katibi Əbdüləziz bin Osman əl-Tuveycri ilə UNEC rektoru, professor Ədalət Muradov arasında işçi görüş keçirilib.

IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Bakıda səfərdə olan İSESCO-nun baş direktoru və İslam Dünyası Universitetləri Federasiyasının (FUIW) baş katibi Əbdüləziz bin Osman əl-Tuveycri ilə UNEC rektoru, professor Ədalət Muradov arasında işçi görüş keçirilib. "OLAYLAR"-a təhsil ocağından bildirilib ki, Azərbaycanın sivilizasiyalararası və dinlərarası dialoqa, eləcə də müsəlman ölkələri arasında əlaqələrin inkişafına mühüm töhfə verdiyini qeyd edən qonaq, İSESCO nəzdində fəaliyyət göstərən FUIW-in islam dünyasını təmsil edən universitetlər arasında əməkdaşlıq üçün səmərəli platforma olduğunu diqqətə çatdırıb. 2017-ci ilin ölkəmizdə "İslam Həmrəyliyi İli" elan edildiyini vurğulayan Ə.Muradov qonağa Azərbaycan ali təhsilində, o cümlədən UNEC-də həyata keçirilən islahatlar barədə məlumat verib. Ə.Muradov UNEC-in FUIW-in idarə heyətinə üzv seçilməsində göstərdiyi dəstəyə görə təşəkkür edib və bununla da UNEC-in FUIW-in fəaliyyətində daha aktiv iştirak etmək imkanı qazandığını bildirib. Görüşdə FUIW və UNEC arasında gələcək əməkdaşlıq imkanlarına dair geniş fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31