İşğal dövründə Azərbaycana vurulan ziyan ödənilməlidir- ÖZƏL
16:06 Siyasət"Ermənistanla Azərbaycan arasında münaqişə başa çatsa da, 30 illik işğalın ağır nəticələri aradan qaldılımayıb . Müsbət haldır ki, iki dövlət arasında münasibətlər tənzimlənir, sülh müqaviləsinin imzalanmasını gözləyirik". "Olaylar" xəbər verir ki, bunu siyasi ekspert Əkrəm Bəydəmirli deyib: "Amma Ermənistanın işğal dövründə insan faktoruna, ətraf aləmə, maddi və mənəvi sərvətlərimizə vurduğu ziyan yaddan çıxarılmayıb. Bu mövzu beynəlxalq məhkəmənin müzakirə predmetinə çevrilməlidir. Dünyada münaqişələr dövründə dəymiş ziyanın ödənilməsi ilə bağlı kiyayət qədər metodologiyalar var. Biz həmin təcrübələrdən yararlanmalıyıq. İşğal dövründə Azərbaycana vurulan ziyanın ödənilməsi həm hüquqi, həm də mənəvi baxımdan zəruridir. Digər tərəfdən dəymiş ziyanla bağlı beynəlxaq məhkəmələr Ermənistanda baş qaldıran revanşistlərə, münaqişəyə meylli təbəqələrə davamlı təzyiq vasitəsinə çevrilməlidir".