Bakı-Ankara münasibətləri: Türk dünyasının gələcəyi üçün strateji əhəmiyyət-ÖZƏL

Oktyabrın 21-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edərək onu Azərbaycanın müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə təbrik edib və Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə Görüşünə dəvət edib. Tərəflər ikitərəfli münasibətləri və regional məsələləri müzakirə ediblər.

Mövzu ilə bağlı Müasir İnkişaf" İctimai Birliyinin sədri, Crossmedia.az saytının baş redaktoru, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlama verib:

" Azərbaycanla Türkiyənin birgə əməkdaşlığı regional və qlobal proseslərin mühüm tərkib hissəsidir. Bu proseslərin inkişafı, xüsusilə Türk Dövlətləri Təşkilatının formalaşması baxımından Bakı-Ankara münasibətləri strateji əhəmiyyət daşıyır. Əgər Bakı-Ankara münasibətlərində hər hansı problemlər müşahidə olunarsa və bu problemlər davamlı xarakter alarsa, hətta deyərdim ki, Türk Dövlətləri Təşkilatının mövcudluğu belə sual altına düşə bilər.
Türk Dövlətləri Təşkilatı daxilində əməkdaşlığın gücləndirilməsi  iki dövlət arasındakı münasibətlərdən çox asılıdır.  Bu baxımdan, Türk Dövlətləri Təşkilatının qarşıdakı zirvə görüşü çox ciddi əhəmiyyət daşıyır və ona böyük önəm verilməlidir. Türk ölkələri arasında əməkdaşlığın inkişafında, eləcə də onların gələcəkdə daha ciddi fəaliyyət göstərərək nəticələr əldə etməsində təşkilatın mühüm rolu və əhəmiyyəti var. Həm Türk Dövlətləri Təşkilatını qorumaq, həm də Azərbaycan-Türkiyə münasibətlərini qoruyub inkişaf etdirmək lazımdır.
Bu baxımdan, istər Ərdoğanın cənab Prezidentə  zəng etməsi, istər müzakirə olunan məsələlər, istərsə də İlham Əliyevi Türkiyəyə dəvət etməsi və qarşıdakı Türk Dövlətləri Təşkilatının zirvə toplantısı çox mühüm əhəmiyyət daşıyır".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31