Azərbaycan dünya ölkələri üçün yeni tarix yazır
Artıq Azərbaycan dünya ölkələrinin idman hərəkatında yeni tarix yazmaqdadır. Demək olar ki, bu yazılı səlnamə Birinci Avropa Oyunlarının açılış mərasimi ilə tarixə qovuşmuş oldu. Bununla da Azərbaycan Avropa qitəsində heç vaxt mövcud olmayan idman yarışlarının əsasını qoymuş oldu. Baxmayaraq ki, ilk Olimpiada Oyunları öz məşəlini Avropadan götürür, amma indiyə qədər bu qitənin öz idman yarışı olmayıb.
11 May 2017 15:13 SosialMayın 12-də 4-cü İslam Həmrəyliyi Oyunlarına start verilir
Artıq Azərbaycan dünya ölkələrinin idman hərəkatında yeni tarix yazmaqdadır. Demək olar ki, bu yazılı səlnamə Birinci Avropa Oyunlarının açılış mərasimi ilə tarixə qovuşmuş oldu. Bununla da Azərbaycan Avropa qitəsində heç vaxt mövcud olmayan idman yarışlarının əsasını qoymuş oldu. Baxmayaraq ki, ilk Olimpiada Oyunları öz məşəlini Avropadan götürür, amma indiyə qədər bu qitənin öz idman yarışı olmayıb. Məhz Azərbaycan bu məsuliyyəti öz üzərinə götürərək qitənin yeni idman yarışmasını reallaşdırmış oldu. Belliklə, bir neçə ildir ki, beynəlxalq humanitar forumlara evsahibliyi etməklə dünyada tolerantlıq və sülh carçısı kimi çıxış edən Azərbaycan 2015-ci il iyunun 12-də dünya tarixində yeni bir ilkə imza atdı. Bu, Avropa qitəsində ilk dəfə keçirilən, çox ölkələrin məsuliyyətin altına girməyə cəsarət etmədiyi 1-ci Avropa Oyunlarıdır. Hələ də dünya Azərbaycanda 1 Avropa Oyunlarının açılışından danışır. Uğurla başa çatmış ilk Avropa Oyunlarının ardınca eyni məkanda 4-cü İslam Həmrəyliyi Oyunları kimi mötəbər yarışların keçirilməsi Azərbaycan Respublikasının tolerantlıq və multikulturalizm prinsiplərinə bağlılığının bariz nümunəsidir. Heç şübhəsiz ki, bu oyunların ölkəmizdə keçirilməsi Azərbaycanın idman şöhrətini artıracaq, beynəlxalq nüfuzunu daha da möhkəmləndirəcəkdir. Çünki, Azərbaycan bununla İslam aləmində özünəməxsus mövqeyə malik Azərbaycanın mövcud potensialı və gerçəkləşdirdiyi genişmiqyaslı müasir infrastruktur layihələri idman oyunlarının sağlam rəqabət və dostluq şəraitində təşkili üçün əlverişli zəmin yaradır.
Xatırladaq ki, hələ Birinci Avropa Oyunları ərəfəsində Azərbaycanın bu yarışı möhtəşəm təşkil edəcəyinə şübhə ilə yanaşanlar və hətta ölkəmizi qınayanlar var idi. Ölkənin inkişafını və qudrətini qəbul etmək istəməyənlər buna şübhələrlə yanaşırdı və ayrı-ayrı həqiqətə uyğun olmayan şayiələr buraxmaqla açılış mərasiminə ləkə gətirmək istəyirdilər. Lakin Azərbaycan dünyaya sübut etdi ki, onun inkişaf səviyyəsi və dögər potensialları belə tədbirlərə ev sahibliyi etməyə imkan verir. Ölkə başçısının düzgün qurduğu beynəlxalq və daxili siyasi kurs, vaxtında müəyyənləşdirmiş düzgün istiqamətlər bu işə şübhə ilə yanaşanların şübhələrini ürəklərində qoydu. İyunun 12-də bütün dünyanın diqqəti Azərbaycana yönəlmişdi. Bir çox ölkələrin dövlət başçıları və rəsmilərinin iştirakı ilə açılışı həyata keçirilən bu möhtəşəm tədbir uzun müddət çoxlarının yaddaşlarında qalacaq. Heç kəsin təsəvvürünə gəlməzdi ki, Azərbaycan bu tədbiri belə yüksək səviyyədə təşkil edə bilər. Mərasim saat mexanizm kimi qurulmuşdu. Hər kəs öz vəzifəsini bilirdi. Qonaqların ölkəmizdə qəbulu, idman arenasında 70 minə yaxın insanın yerləşdirilməsi və onlara yüksək mədəniyyətlə xidmət göstərilməsi, bütün ölkədə bayram əhval-ruhiyyəsinin yaşanması Azərbaycanın qarşıya qoyduğu vəzifələrini heç kimin deyiminə baxmadan həyata keçirə bilməsininin göstəricisidir. Artıq bu, reallıqdır. Bütün dünya açılış mərasimin möhtəşəmliyindən danışır. Sevindirici haldır ki, 1-ci Avropa Oyunlarının açılış mərasiminin ssenarisi Azərbaycanın tarixinə, mədəniyyətinə, adət- ənənələrinə əsaslanmışdı. Azərbaycanın mütəfəkkir şairi Nizami Gəncəvinin idman arenasına gəlməsi, Qara Qarayevin bəstələdiyi "Yeddi gözəl" baletinin ölkə tarixi mədəniyyətini canlandırmaqla nümayişi, Azərbaycan muğam sənətinin uçan xalçanın üstündə Alim Qasımovun ifasında səsləndirməsi, Nar dənələrin havaya qalxması, qədim insan məskəni olan Qobustan qayaların səhnədə canlandırılması və sair ilə 1-ci Avropa oyunlarında Azərbaycan özünü çox yaxşı təqdim edə bildi.
Heç şübhəsiz ki, Azərbaycan İslam Həmrəyliyi Oyunlarını da yüksək səviyyədə də başa çatdıracaq. Hazırlıq prosesi deməyə əsas verir ki, bütün idmançılar gözəl idman arenalarında yarışacaq və qaliblər müəyyən olunacaq. Oyunların iştirakçıarı da tədbirin təşkilindən razı qalacaq. Bu isə o deməkdir ki, ölkəmiz hələ bundan sonra da neçə-neçə beynəlxalq tədbirlərə ev sahibliyi edəcək, çoxlu möhtəşəm hadisələrin ilkinə imzalar atacaq. Ekspertlər hesab edirlər ki, Azərbaycanda belə möhtəşəm idman yarışların keçirilməsi həm də ölkəmizin informasiya blokadalarını yarmasında əhəmiyyətli rol oynayacaq. Bu səbədən təşkilatçılar çalışmalıdır ki, ölkəmiz haqqında daha çox məlumatlar versinlər, insanları müxtəlif bölgələrə turist kimi aparsınlar. Ölkəmiz haqqında kitabçalar, broşurlar paylasınlar. Qısası, bu oyunlardan ölkəmizin təbliği üçün də maksimum səviyyədə istifadə etmək lazımdır. Nəzərə almaq lazımdır ki, artıq Azərbaycan bütün dünyaya özünün mədəniyyətini, tarixini, böyük imkanlara malik olan bir ölkə olduğunu təqdim edə bilib. Təkcə açılış mərasimini Avropanın ayrı-ayrı ölkə başçılarının, digər yüksək çinli şəxslərin birbaşa izləməsi onu sübut elədi ki, artıq dünya ölkələrinin böyük əksəriyyəti bu oyunlara çox yüksək qiymət verir. Azərbaycan bir daha özünün gücünü, qüdrətini, böyük imkanlarını dünyaya təqdim edə bilir. Azərbaycan bu addımı ilə beynəlxalq aləmdə öz nüfuzunu artırır. Lakin o da etiraf edilməlidir ki, hələ də belə möhtəşəm tədbirlərin Azərbaycanda keçirilməsini həzm etməyən dairələr mövcuddur. Çox təəssüf ki, bu qüvvələr ağı da qara kimi görür və bu oyunlarının əhəmiyyətini azaltmaq üçün yanlış informasiyalarla beynəlxalq ictimaiyyəti çağşdırmaq istəyirlər. Odur ki, ölkəmizə qarşı olan bu süni təzyiqlərə qarşı ortaya mövqe qoymaq zərurəti yaranıb.
Alim