Gənclər antisemitizmə yox deyir
Gənclər Təşkilatları Milli Şurasının beynəlxalq əlaqələr üzrə katibi İlhamə Qasımzadə Avropa Şurasının "Nifrət Nitqinə Yox Hərəkatı" Kampaniyası çərçivəsində "Antisemitik Nifrət Nitqinə Qarşı Mübarizə" mövzusunda keçirilmiş seminarda Azərbaycanı təmsil edib. “OLAYLAR”-a daxil olan məlumata görə, Fransanın Strasburq şəhərində keçirilən seminarın əsas məqsədi Avropa ölkələrində antisemitizmlə bağlı təcrübələri bölüşmək, onunla milli və Avropa səviyyəsində mübarizənin ən effektiv yollarını müəyyənləşdirməkdir.
11 May 2017 15:18 SosialGənclər Təşkilatları Milli Şurasının beynəlxalq əlaqələr üzrə katibi İlhamə Qasımzadə Avropa Şurasının "Nifrət Nitqinə Yox Hərəkatı" Kampaniyası çərçivəsində "Antisemitik Nifrət Nitqinə Qarşı Mübarizə" mövzusunda keçirilmiş seminarda Azərbaycanı təmsil edib. "OLAYLAR"-a daxil olan məlumata görə, Fransanın Strasburq şəhərində keçirilən seminarın əsas məqsədi Avropa ölkələrində antisemitizmlə bağlı təcrübələri bölüşmək, onunla milli və Avropa səviyyəsində mübarizənin ən effektiv yollarını müəyyənləşdirməkdir. Tədbir çərçivəsində iştirakçılar antisemitizm və nifrət nitqi anlayışı haqqında məlumatlandırılıblar. Həmçinin, tədbirin rəsmi hissəsində iştirak edən Avropa Şurası və Avropa İttifaqının nümayəndələri mövzunun hüquqi əsasları haqqında danışıblar. Bundan başqa, iştirakçılar tərəfindən qrup işləri vasitəsilə gələcək fəaliyyətlər haqqında təkliflər hazırlanıb. Tədbirin sonunda, iştirakçılar Strasburqda yerləşən Yəhudi Mərkəzini və Sinaqoqu ziyarət ediblər.