IV İslam Həmrəyliyi Oyunları məktəblərdə təbliğ olunur

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində IV İslam Həmrəyliyi Oyunlarının təşviqat kompaniyası çərçivəsində şagirdlərlə görüşlər keçirilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində IV İslam Həmrəyliyi Oyunlarının təşviqat kompaniyası çərçivəsində şagirdlərlə görüşlər keçirilir. "OLAYLAR"-ın Təhsil İdarəsinə istinadən verdiyi xəbərə görə, görüşlərin keçirilməsində məqsəd IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olan idman növlərini məktəblilər arasında təbliğ etmək, onların idmana marağını artırmaq və oyunları ölkə ərazisində tanıtmaqdan ibarətdir. Görüşlərdə oyunların təşviqatını aparmaq üçün seçilmiş idmançı və ulduz səfirlər, eləcə də Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin nümayəndələri iştirak edirlər. Görüşlər zamanı şagirdlərə IV İslam Həmrəyliyi Oyunları və yarışlara qatılacaq ölkələr haqqında geniş məlumatlar verilir.Azərbaycanın beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etmə təcrübəsinin olduğu şagirdlərin diqqətinə çatdırılır. IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək Azərbaycan idmançılarının uğur qazanacağına əminlik ifadə olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31