Gündəm
Pentaqon rəhbərindən Türkiyə ilə bağlı AÇIQLAMA
Türkiyənin baş naziri Binali Yıldırım və ABŞ müdafiə naziri Ceyms Mettis arasında görüş keçirilib. Tərəflər Somali ilə bağlı beynəlxalq konfransın keçirildiyi Londonda bir araya gəlib. Görüş 30 dəqiqə davam edib və mətbuata qapalı olub. Pentaqonun rəsmi açıqlamasında bildirilir ki, C. Mettis B. Yıldırıma ABŞ-ın NATO üzrə müttəfiqi Türkiyəni qorumaqda qərarlı olduğunu təkrarlayıb.
YAP Oğuz rayon təşkilatının X konfransı
Yeni Azərbaycan Partiyası (YAP) Oğuz rayon təşkilatının X konfransı keçirilib. Tədbir iştirakçıları öncə Oğuz şəhərində ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar, Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad ediblər.
Daxili orqanında 13 büküm heroin aşkar edildi
Biləsuvar Gömrük İdarəsinin əməkdaşları narkotik vasitənin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsi cəhdinin qarşısını alıblar.
Ölkəyə qanunsuz gətirilən siqaretlərin realizə edilməsinin qarşısı alınıb
Gəncə Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən və Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan külli miqdarda siqaretin realizə edilməsinin qarşısını alıblar.
301700 vergi ödəyicisinə ASAN İmza sertifikatı verilib
2017-ci ilin aprel ayı ərzində Vergilər Nazirliyinin Çağrı Mərkəzinin əməkdaşları tərəfindən canlı əlaqə zamanı daxil olmuş 19765 zəng cavablandırılıb. Nazirlikdən verilən məlumata görə, vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə onlara 177.809 SMS, ikitərəfli mesaj xidmətinin istifadəçilərinə isə 142777 SMS göndərilib. Mart ayı ərzində Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə 421309 daxilolma qeydə alınıb. Vergi ödəyicilərinə xidmət strukturlarında 53623 vətəndaş qəbul edilərək onlara 75990 sayda xidmət göstərilib. 2017-ci ilin 1 may tarixinə vergi ödəyicilərinə ümumilikdə 301700 sayda ASAN İmza sertifikatı verilib.
Oqtay Əsədov İordaniya parlament nümayəndə heyəti ilə görüşüb
Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan İordaniya Haşimilər Krallığı Parlamentinin Nümayəndələr Palatasının Sədri Atef Taravnehin başçılıq etdiyi parlament nümayəndə heyəti ilə görüşüb. MM-dən verilən məlumata görə, Oqtay Əsədov bildirib ki, Azərbaycanla İordaniya arasında siyasi, humanitar və digər sahələrdə əməkdaşlıq yüksək səviyyədədir. Hər iki ölkədə davamlı olaraq qarşılıqlı şəkildə mədəniyyət günləri keçirilir. İordaniya beynəlxalq təşkilatlarda daim Azərbaycanın mövqeyini dəstəkləyir və müdafiə edir. İki ölkə arasında münasibətlərin yüksək səviyyədə olmasında dövlət başçılarının xüsusi rolu var.
İqtisadiyyat naziri Macarıstan səfiri ilə müzakirələr aparıb
İqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Şahin Mustafayev Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İmre Laslotskinı qəbul edib. Nazirlidən verilən məlumata görə, Azərbaycan-Macarıstan iqtisadi əlaqələrinə və əməkdaşlığın genişləndirilməsi imkanlarına dair qarşılıqlı fikir mübadiləsinin aparıldığı görüşdə növbəti Azərbaycan-Macarıstan biznes forumunun keçirilməsi müzakirə edilib, bir sıra Macarıstan şirkətlərinin Azərbaycanda həyata keçirməkdə maraqlı olduğu layihələr diqqətə çatdırılıb.
Azərbaycanda vətəndaş cəmiyyətlərin inkişafına özəl yanaşma mövcuddur
Azərbaycan müstəqillik əldə etdkdən sonra demokratik institutların formalaşması və inkişafı istiqamətində xeyli işlər görülüb. Xüsusən, siyasi plüralizmin təməl prinsiplərindən olan insan hüquq və azadlıqlarının təmin olunması, siyasi partiyalar və vətəndaş cəmiyyətlərin inkişafına özəl yanaşma ortaya qoyulub.
BMT: Yer kürəsində hər 7-ci adam elektrik enerjisindən məhrumdur
Yer kürəsində hər 7-ci adam elektrik enerjisindən istifadə etmək imkanından məhrumdur. Bunu BMT baş katibinin xüsusi səfiri Reyçel Kayt açıqlayıb. O bildirib ki, əgər bəşəriyyət hamının elektrik enerjisindən yararlanmasını istəyirsə, bu günə qədər mövcud olan sistem dəyişdirilməlidir.
“Dövlətə məxsus nəqliyyat vasitələrinin və avadanlıqların özəlləşdirilməsi ilə bağlı elektron hərrac” istifadəyə verildi
Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi sahəsində yeni dövr başlanır. Bundan sonra ölkə vətəndaşları və iş adamları dünyanın istənilən nöqtəsindən özəlləşdirmə hərraclarına onlayn qatılıb dövlət əmlakının özəlləşdirilməsində iştirak edə biləcəklər.
İnterpol daha bir azərbaycanlını axtarışa verdi
İnterpol daha bir azərbaycanlı barədə axtarış elan edib. 1950-ci ildə Ağstafa rayonunda anadan olmuş Ramiz İsmayılov cinayəti bilib gizlətməkdə təqsirləndirilir. R.İsmayılov istintaqdan yayındığı üçün Azərbaycanın məhkəmə orqanı onun barəsində həbs qəti imkan tədbiri seçib və axtarış elan edib. Həmin qərar əsasında da İnterpol onun barəsində beynəlxalq axtarış elan edib.
Ərdəbildə 5 bal gücündə zəlzələ: Yaralılar var
Bu gün səhər saatlarında Ərdəbil əyalətində 5 bal gücündə zəlzələ baş verib. Bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Seysmologiya Mərkəzi bildirib. Təbii fəlakət nəticəsində 11 nəfər xəsarət alıb.
Erməni əsgər hərbçi yoldaşını güllələdi
Ermənistanın İstintaq Komitəsində ötən gün döyüş mövqeyində cəsədi aşkar edilən kiçik çavuş Qaqik Aruşi Mesropyanın ölümü ilə bağlı cinayət işi açılıb. Dünən səhər saat 08:40 radələrində Ermənistanın Müdafiə Nazirliyinə məxsus döyüş mövqelərindən birində silahdan açılan atəş nəticəsində Qaqik Mesropyan güllə yarası alıb. O, hospitala aparılarkən yolda ölüb.
MOK: "İdmançılarımız Oyunlara yüksək səviyyədə hazırlaşıblar"
Azərbaycan Bakı - 2017 IV İslam Həmrəyliyi Oyunlarında böyük bir komanda ilə yarışacaq, komandamıza 500-ə qədər idmançı daxildir. Bunu Milli Olipmiya Komitəsinin (MOK) vitse-prezidentiÇingiz Hüseynzadə İslam Həmrəyliyi Oyunları ilə bağlı bu gün keçirilən mətbuat konfransında deyib.
İslamiadada iştirak edəcək 46 ölkənin nümayəndələri artıq Bakıdadır
Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək 46 ölkənin nümayəndələri artıq Azərbaycana gəlib və atletlər kəndində yerləşib. Bunu IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin üzvüKönül Nurullayeva İslam Həmrəyliyi Oyunları ilə bağlı bu gün keçirilən mətbuat konfransında deyib. O bildirib ki, bu gün isə 8 ölkənin idmançılarının gəlişi gözlənilir.

.jpg)












