Oqtay Əsədov İordaniya parlament nümayəndə heyəti ilə görüşüb
Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan İordaniya Haşimilər Krallığı Parlamentinin Nümayəndələr Palatasının Sədri Atef Taravnehin başçılıq etdiyi parlament nümayəndə heyəti ilə görüşüb. MM-dən verilən məlumata görə, Oqtay Əsədov bildirib ki, Azərbaycanla İordaniya arasında siyasi, humanitar və digər sahələrdə əməkdaşlıq yüksək səviyyədədir. Hər iki ölkədə davamlı olaraq qarşılıqlı şəkildə mədəniyyət günləri keçirilir. İordaniya beynəlxalq təşkilatlarda daim Azərbaycanın mövqeyini dəstəkləyir və müdafiə edir. İki ölkə arasında münasibətlərin yüksək səviyyədə olmasında dövlət başçılarının xüsusi rolu var.
11 May 2017 16:02 SiyasətMilli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan İordaniya Haşimilər Krallığı Parlamentinin Nümayəndələr Palatasının Sədri Atef Taravnehin başçılıq etdiyi parlament nümayəndə heyəti ilə görüşüb. MM-dən verilən məlumata görə, Oqtay Əsədov bildirib ki, Azərbaycanla İordaniya arasında siyasi, humanitar və digər sahələrdə əməkdaşlıq yüksək səviyyədədir. Hər iki ölkədə davamlı olaraq qarşılıqlı şəkildə mədəniyyət günləri keçirilir. İordaniya beynəlxalq təşkilatlarda daim Azərbaycanın mövqeyini dəstəkləyir və müdafiə edir. İki ölkə arasında münasibətlərin yüksək səviyyədə olmasında dövlət başçılarının xüsusi rolu var. Milli Məclisin Sədri hər iki ölkənin parlamentində fəaliyyət göstərən qarşılıqlı dostluq qruplarının parlamentlərarası əməkdaşlığın inkişafında xüsusi rolunu qeyd edib. Görüşdə Sədr qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verib. Bildirib ki, İordaniya Parlamentinin Senatı 2013-cü il may ayının 28-də "Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar Bəyanat" qəbul etmişdir. Sədr buna görə İordaniya Parlamentinə bir daha öz dərin minnətdarlığını ifadə etdi və oxşar qərarın İordaniya Parlamentinin Nümayəndələr Palatası tərəfindən də qəbul ediləcəyinə inamını bildirib. Söhbət zamanı Milli Məclisin Sədri Bakıda keçiriləcək İslam Həmrəylik Oyunlarında İordaniya idmançılarına uğurlar arzulayıb.
Səmimi sözlər üçün təşəkkürünü bildirən Atef Taravneh ölkəmizdəki qonaqpərvərlikdən məmnunluğunu diqqətə çatdırıb. Bildirib ki, İordaniya həmişə Azərbaycanın haqlı mövqeyini dəstəkləyir və beynəlxalq hüququn prinsiplərinə hörmətlə yanaşır. Söhbət zamanı qonaq İslam dünyasının problemləri, terrorizmə qarşı mübarizə, İordaniyada həyata keçirilən iqtisadi-siyasi islahatlar barədə fikirlərini bölüşüb.