İslamiadada iştirak edəcək 46 ölkənin nümayəndələri artıq Bakıdadır
Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək 46 ölkənin nümayəndələri artıq Azərbaycana gəlib və atletlər kəndində yerləşib. Bunu IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin üzvüKönül Nurullayeva İslam Həmrəyliyi Oyunları ilə bağlı bu gün keçirilən mətbuat konfransında deyib. O bildirib ki, bu gün isə 8 ölkənin idmançılarının gəlişi gözlənilir.
11 May 2017 15:29 İdmanBakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək 46 ölkənin nümayəndələri artıq Azərbaycana gəlib və atletlər kəndində yerləşib. Bunu IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin üzvüKönül Nurullayeva İslam Həmrəyliyi Oyunları ilə bağlı bu gün keçirilən mətbuat konfransında deyib. O bildirib ki, bu gün isə 8 ölkənin idmançılarının gəlişi gözlənilir.
Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.