“Dövlətə məxsus nəqliyyat vasitələrinin və avadanlıqların özəlləşdirilməsi ilə bağlı elektron hərrac” istifadəyə verildi
Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi sahəsində yeni dövr başlanır. Bundan sonra ölkə vətəndaşları və iş adamları dünyanın istənilən nöqtəsindən özəlləşdirmə hərraclarına onlayn qatılıb dövlət əmlakının özəlləşdirilməsində iştirak edə biləcəklər.
11 May 2017 15:45 SosialAzərbaycanda dövlət əmlakının özəlləşdirilməsi sahəsində yeni dövr başlanır. Bundan sonra ölkə vətəndaşları və iş adamları dünyanın istənilən nöqtəsindən özəlləşdirmə hərraclarına onlayn qatılıb dövlət əmlakının özəlləşdirilməsində iştirak edə biləcəklər. Bu Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən istifadəyə verilən "Dövlətə məxsus nəqliyyat vasitələrinin və avadanlıqların özəlləşdirilməsi ilə bağlı elektron hərrac" xidməti sayəsində mümkün olub. Komitədən verilən məlumata görə, bununla bağlı keçirilən təqdimat mərasimində komitənin sədr müavini Rafiq Cəlilov bildirib ki, yeni xidmət işə düşdükdən sonra dövlət əmlakını almaq istəyən şəxslərin özəlləşdirmə hərracında iştirak etmək üçün hərrac mərkəzlərinə gəlməsinə ehtiyac qalmayacaq. İş adamları və adi vətəndaşlar evdən və ofisdən çıxmadan internet vasitəsilə hərraclara qatılıb əmlak sahibi olacaqlar. Elektron hərracların tətbiqi nəinki Azərbaycanda, hətta dünyanın istənilən nöqtəsindən investorlara hərraclara qatılmağa imkan verəcək.Vurğulanıb ki, istənilən vətəndaş, iş adamı elektron imzadan istifadə edərək Əmlak Məsələləri Dövlət komitəsinin rəsmi saytından (e-emdk.gov) və ya Elektron Hökumət Portalından (e-gov.az ) qeydiyyatdan keçmək üçün istifadə edə bilər. Qeydiyyatdan keçmiş hər bir sifarişçi hərrac günü onlayn qaydada aktiv hərraca qatılmaq imkanı qazanır. Hərraclarda iştirak etmək üçün sifariş vermək də elektron qaydada həyata keçirilir.
.