301700 vergi ödəyicisinə ASAN İmza sertifikatı verilib
2017-ci ilin aprel ayı ərzində Vergilər Nazirliyinin Çağrı Mərkəzinin əməkdaşları tərəfindən canlı əlaqə zamanı daxil olmuş 19765 zəng cavablandırılıb. Nazirlikdən verilən məlumata görə, vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə onlara 177.809 SMS, ikitərəfli mesaj xidmətinin istifadəçilərinə isə 142777 SMS göndərilib. Mart ayı ərzində Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə 421309 daxilolma qeydə alınıb. Vergi ödəyicilərinə xidmət strukturlarında 53623 vətəndaş qəbul edilərək onlara 75990 sayda xidmət göstərilib. 2017-ci ilin 1 may tarixinə vergi ödəyicilərinə ümumilikdə 301700 sayda ASAN İmza sertifikatı verilib.
11 May 2017 16:05 Sosial2017-ci ilin aprel ayı ərzində Vergilər Nazirliyinin Çağrı Mərkəzinin əməkdaşları tərəfindən canlı əlaqə zamanı daxil olmuş 19765 zəng cavablandırılıb. Nazirlikdən verilən məlumata görə, vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə onlara 177.809 SMS, ikitərəfli mesaj xidmətinin istifadəçilərinə isə 142777 SMS göndərilib. Mart ayı ərzində Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə 421309 daxilolma qeydə alınıb. Vergi ödəyicilərinə xidmət strukturlarında 53623 vətəndaş qəbul edilərək onlara 75990 sayda xidmət göstərilib. 2017-ci ilin 1 may tarixinə vergi ödəyicilərinə ümumilikdə 301700 sayda ASAN İmza sertifikatı verilib.