Gündəm

"Heydər Əliyev və Müasir Azərbaycan Dövləti"  adlı tədbir keçirilib

11 May 2017 17:08

Azərbaycan Milli QHT Forumunun (MQF) təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş "Heydər Əliyev və Müasir Azərbaycan Dövləti"  adlı tədbir keçirildi.

San Dieqoda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə konsert keçirilib

11 May 2017 17:06

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının     94-cü ildönümü ilə əlaqədar ABŞ-ın Kaliforniya ştatında silsilə şəklində keçirilən təntənəli tədbirlər may ayının 10-da statin ikinci ən böyük şəhəri olan San Dieqo şəhərində davam etdirilib. Nəsimi rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə San Dieqonun ən tanınmış və qədim incəsənət mərkəzlərindən hesab olunan Balboa Teatrında keçirilmiş konsertə 1300 nəfərdən çox şəhər sakini tamaşa edib.

Boksçularımızın İslamiadadakı rəqibləri BİLİNDİ

11 May 2017 17:04

Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları çərçivəsində keçiriləcək boks yarışlarının püşkü atılıb. 27 ölkənin qatılacağı turnirdə Azərbaycan millisinin üzvləri də rəqiblərini tanıyıblar.

Erməni diasporunun təxribatı Rusiya XİN-də müzakirə olundu

11 May 2017 17:02

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinlə görüşüb. Rusiya XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüş səfirin xahişi ilə baş tutub. Görüş zamanı iki ölkə arasında əməkdaşlığın aktual məsələlərinə dair müzakirələr aparılıb. 

“Beynəlxalq Ailə günü”nə həsr edilmiş konfrans keçiriləcək

11 May 2017 16:51

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Sumqayıt şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 15 may “Beynəlxalq Ailə günü”nə həsr edilmiş  “Minilliyin əsas tendensiyaları: ailə və nikah institutu” adlı konfransın keçirilməsi nəzərdə tutulur.

Hicran Hüseynova Sabirabadda qəbul keçirəcək

11 May 2017 16:49

30 may 2017-ci il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova Sabirabad rayonunda saat 11:00-da Heydər Əliyev adına mərkəzdə vətəndaşların qəbulunu keçirəcək. Bu barədə Komitədən “Olaylar”a verilən məlumata görə, qəbulda Neftçala, Biləsuvar, Cəbrayıl, Şirvan, Saatli, Salyan, Hacıqabul, Sabirabad rayonlarının sakinləri qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlərlə bağlı iştirak edəcəklər. Qəbulda vətəndaşların ərizə, təklif və tövsiyələrinə baxılması nəzərdə tutulur. Qəbuldan sonra rayonun fəal qadınları ilə görüşün keçirilməsi planlaşdırılır. Görüş çərçivəsində Sabirabad rayonunda qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı və digər mövzular üzrə müzakirələr ediləcək.

Murat Bozun bacıları gecə apardığı villa ilə bağlı İLGİNC DETAL - VİDEO

11 May 2017 16:46

Murat Boz və Eser Yenenler Candan bacıları ilə gecə saatlarında aparıcının villasında görüntülənmişdilər. Yenenlerin villası ilə əlaqədar maraqlı bir detal ortaya çıxıb. Məşhur gülüş ustası və aparıcı evinin kürsüsünü (zirzəmi) gecə klubu etdiribmiş.

Nazir bütün klinikalara tapşırıq verdi...

11 May 2017 16:41

Bu yaxınlarda səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən respublikanın bütün xəstəxanalarına - özəl və dövlət müəssisələrinə məktub göndərildi ki, bütün onkoloji xəstələr birinci olaraq, onkoloji müəssisələrdə müayinə və müalicə olunmalıdırlar.