Regionların sosial-iqtisadi inkişafı qarşıda duran əsas vəzifələrdən biridir- ÖZƏL
16:03 Siyasət"Cənubi Qafqazın ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının VIII Qurultayında ölkə Prezidenti cənab İlham Əliyev respublikamızın keçmişi, bu günü və gələcəyinə dair məsələləri ətraflı təhlil edib. Dövlət başçısı çıxışında mühüm mesajlar səsləndirərək hər bir Azərbaycan vətəndaşı, xüsusilə də partiya üzvləri qarşısında mühüm vəzifələr müəyyənləşdirib". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı, Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib: "Ulu Öndər, Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasından sonra ölkədə iqtisadi inkişaf və ictimai-siyasi sabitlik təmin edilib, ordu quruculuğu uğurla həyata keçirilib. Məhz həmin dövrdə atılan strateji addımlar Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və ölkənin ərazi bütövlüyünün bərpa olunması üçün möhkəm təməl yaradıb".
Deputat əlavə edib ki, regionların sosial-iqtisadi inkişafı qarşıda duran əsas vəzifələrdən biridir: "Qurultayda Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafı ilə bağlı mühüm məsələlərə nəzər yetirdi. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır, infrastruktur müasir standartlara uyğun yenilənir, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz və rahat qayıdışı təmin edilir"