Ümummilli Lideri Heydər Əliyevin Buxarest şəhərində anıldı
11 May 2017 17:05 Xarici siyasətMayın 11- də Rumıniyanın paytaxtı Buxarest şəhərində yerləşən "Tey Parkı - Heydər Əliyev Xiyabanı"nda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar Azərbaycanın Rumıniyadakı Səfirliyi tərəfindən anım tədbiri təşkil olunub. Səfirlikdən "Olaylar" - a bildirlib ki, tədbirdə Azərbaycanın Rumıniyadakı Səfirliyinin, "SOCAR Petrolium S.A." şirkətinin əməkdaşları, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti, Rumıniya-Azərbaycan Sənaye və Ticarət Palatası, Rumıniya-Azərbaycan Mədəniyyət və Gənclər Assosiasiyası idarə heyətinin üzvləri, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.
Ulu Öndərin xatirəsi yad edilmiş, büstü önünə əklillər qoyulub. Tədbir zamanı müstəqil Azərbaycan dövlətçiliyinin bərqərar olması, müstəqilliyin ilkin dövrlərində mürəkkəb siyasi böhranın sabitliklə əvəz olunması, ölkədə dinamik iqtisadi-sosial inkişafın təmin olunması, regionda və beynəlxalq aləmdə ölkəmizin mövqelərinin möhkəmləndirilməsi, Azərbaycanda demokratik-hüquqi və vətəndaş cəmiyyətinin yaradılması, dünyəvi dəyərlərə inteqrasiya sahəsində Ümummilli Liderin apardığı cəsarətli siyasətin nəticələrindən bəhs edilmiş, bu siyasətin bu gün də uğurla və qətiyyətlə davam etdirildiyi diqqətə çatdırıldı.