San Dieqoda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə konsert keçirilib
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar ABŞ-ın Kaliforniya ştatında silsilə şəklində keçirilən təntənəli tədbirlər may ayının 10-da statin ikinci ən böyük şəhəri olan San Dieqo şəhərində davam etdirilib. Nəsimi rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə San Dieqonun ən tanınmış və qədim incəsənət mərkəzlərindən hesab olunan Balboa Teatrında keçirilmiş konsertə 1300 nəfərdən çox şəhər sakini tamaşa edib.
11 May 2017 17:06 SosialAzərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar ABŞ-ın Kaliforniya ştatında silsilə şəklində keçirilən təntənəli tədbirlər may ayının 10-da statin ikinci ən böyük şəhəri olan San Dieqo şəhərində davam etdirilib. Nəsimi rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə San Dieqonun ən tanınmış və qədim incəsənət mərkəzlərindən hesab olunan Balboa Teatrında keçirilmiş konsertə 1300 nəfərdən çox şəhər sakini tamaşa edib. Bu nəhəng tədbirdə incəsənət ustalarımız tərəfindən milli musiqi və rəqslərimizdən əvəsiz nümunələrin səsləndirilməsi və nümayişi geniş tamaşaçı kütləsi tərəfindən böyük rəğbət və ayaqüstü alqışlarla qarşılanıb.Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxış etmişlər.Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif ƏsgərovÜmummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlət quruculuğunda göstərdiyi müstəsna tarixi xidmətlər barədə danışaraq qeyd edib ki, dahi dövlət xadimi Heydər Əliyev 1993-cü ildə xalqın israrlı çağırışlarından sonra Bakıya qayıtmış, qısa müddət ərzində ölkədə sabitliyin yaradılmasına nail olaraq və önəmli siyasi və iqtisadi islahatlara, eləcə də milli maraqlarımıza əsaslanan xarici siyasətin həyata keçirilməsinə start verərək, çağdaş Azərbaycanın sürətli inkişafının əsasını qoyub.Ümummilli Liderin Azərbaycanın inkişafı strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və nəticədə, ölkəmiz bütün sahələrdə günü-gündən daha da qüdrətlənir, həm bölgədə, həm də bütün dünyada nüfuzlu dövlət kimi qəbul olunur. Ulu Öndərin müstəqil Azərbaycanın Prezidenti kimi fəaliyyəti özünün əzəmətli ifadəsini öncə ölkəmizin və xalqımızın nicata qovuşmasında, geniş mənada isə, müasir dövlət quruculuğu siyasətinin həyatımızın bütün sahə və istiqamətlərini əhatə etməsində tapıb. A.Əsgərov qeyd edib: "İyirmi beş ildən artıqdır ki, Azərbaycan xalqı ictimai-siyasi, sosial-iqtisadi həyatın yeni bir dövrünü-müstəqillik dövrünü yaşayır. Bu dövr ərzində ölkəmiz dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə əldə edilən yüksək göstəricilər və nəticələr isə ölkəmizin qüdrətini daha da artırmaqdadır".
Tədbirdə çıxış edən San Dieqo Vilayətinin Nəzarətçilər Şurasının üzvü Ron Roberts belə bir gözəl mədəniyyət gecəsinin təşkilinə görə təşəkkürünü bildirib. O, Azərbaycanın inkişafını və güclənməsini son illərdə yaxından izlədiyini qeyd edərək,Bakı ilə San Dieqo arasındakı münasibətlərinin getdikcə daha da sıxlaşmasından məmnun olduğunu diqqətə çatdırıb. R.Roberts çıxışının sonunda 10 mayın San Dieqo Vilayətində "Azərbaycan Musiqisi Günü" elan edilməsinə dair bəyannaməni təqdim edib.Sonra Heydər Əliyevin ömür yolunu əks etdirən video-material tamaşaçıların diqqətinə təqdim olunub.