Hindistanın XİN rəhbəri Azərbaycana gəlir

Hindistanın xarici işlər naziri Subramanyam Caişankar Azərbaycana səfər edəcək.

Səfər çərçivəsində Hindistanın xarici işlər naziri bir sıra görüşlər keçirəcək. Bundan başqa, Subramanyam Caişankarın Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransı keçirəcəyi nəzərdə tutulur.

Xatırladaq ki, Hindistanın xarici işlər naziri Subrahmanyam Ceyşankar 2019-cu ilin mayından bu postu tutur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31