“Nanomaterialların alınma metodları” kitabı nəşr olunub

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Mineral xammalın kimyası və texnologiyası laboratoriyasının şöbə müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Qorxmaz Hüseynovun "Nanomaterialların alınma metodları" kitabı nəşr olunub. Bölmədən "Olaylar" - a bildirlib ki, kitabda nanohissəciklərin və nanomaterialların alınmasının fiziki və kimyəvi metodları, bir, iki, üçölçülü kip nanomaterialların hazırlanması və tətbiq sahələri barədə məlumat yer alıb. Həmçinin nanomaterialların fiziki və kimyəvi xassələri araşdırılaraq onların sintez şəraitləri nəzəri təhlil edilib və bu şəraitə uyğun gələn müvafiq metodlar sistemləşdirilib. 10 fəsildən ibarət olankitabdan kimya və fizika ixtisası üzrə təhsil alan tələbələr, doktorantlar və mövzu ilə maraqlanan tədqiqatçılaristifadə edə bilərlər.


 

Нажмите, чтобы Ответ

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31