“Beynəlxalq Ailə günü”nə həsr edilmiş konfrans keçiriləcək
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Sumqayıt şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 15 may “Beynəlxalq Ailə günü”nə həsr edilmiş “Minilliyin əsas tendensiyaları: ailə və nikah institutu” adlı konfransın keçirilməsi nəzərdə tutulur.
11 May 2017 16:51 SosialAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Sumqayıt şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 15 may "Beynəlxalq Ailə günü"nə həsr edilmiş "Minilliyin əsas tendensiyaları: ailə və nikah institutu" adlı konfransın keçirilməsi nəzərdə tutulur. Bu barədə Komitədən "Olaylar"a verilən məlumata görə, konfransın keçirilməsində məqsəd tarixi Azərbaycan ailəsi modelinin inkişaf tendensiyası və ailə ənənələrinin qorunması, cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, milli-mənəvi dəyərlərimizin, eləcə də ailə dəyərlərimizin təbliğidir. Konfransda 4 əsas panel - "Azərbaycan ailə modeli: dəyərlər və ənənələr", "Ailənin funksiyaları: iqtisadi faktorlar", "Ailə məsələləri ilə bağlı mövcud qanunvericilik və təkmilləşmə perspektivləri", "İnformasiya və ünsiyyət vasitələri üzərindən qloballaşma: Təhlükəsizlik təhdidləri və ailəyə istiqamətlənmiş risklər" mövzuları üzrə çıxışların ediləcəyi nəzərdə tutulur.
Xatırladaq ki, 2008-ci ildən etibarən hər il may ayında Komitə tərəfindən "Beynəlxalq Ailə günü" (BMT-nin Baş Assambleyasının 20 sentyabr 1993-cü il qətnaməsinə müvafiq olaraq) münasibətilə tədbirlər həyata keçirilir.