Gündəm

"İslamiada İslam həmrəyliyi ilə bağlı keçirilən ən böyük tədbirdir"

11 May 2017 17:48

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bu gün Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoralı qəbul edib.

Ekspert: "İslamiada Azərbaycana qonaqpərvərliyini və tolerantlığını göstərməyə imkan verəcək"

11 May 2017 17:46

İslam Həmrəyliyi Oyunları Azərbaycana qonaqpərvərliyini və tolerantlığını göstərməyə imkan verəcək. Bunu  rusiyalı politoloq, beynəlxalq məsələlər üzrə ekspert Yevgeni Mixaylov deyib. 

PYD Türkiyə sərhədində RUS BAYRAĞI SANCDI

11 May 2017 17:42

Suriyanın Hələb şəhərinə aid Afrin qəsəbəsində  PKK-nın bir qanadı olan PYD terror təşkilatı Türkiyə sərhəddinə yaxın nöqtədə Rusiyanın bayrağını sancıb. Sərhəddən açıq şəkildə görünən Rusiya bayrağı Türkiyədə ciddi narahatlıq yaradıb. Dərhal  Türkiyənin sərhəd qoşunları bölgədə təhlükəsizlik tədbirlərini gücləndirib. Hadisənin Türkiyə və Rusiya arasında yenidən diplomatik gərginliyə yol açacağı gözlənilir. 

Tacikistanlı voleybolçu: “Ölkəmizə “Bakı-2017”nin mükafatçısı kimi qayıtmaq istəyirik”

11 May 2017 17:40

“Gəldiyimiz təyyarənin reysində gecikmə oldu. Gec çatdığımıza görə məşq etməyə vaxtımız olmadı. Türkiyə ilə ilk oyunumuza qədər uyğunlaşma olmadığına görə məğlub olduq”. Bunu  “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparan qadın voleybolçulardan ibarət Tacikistan milli komandasının üzvü Makhfırat Norova  deyib.

Fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb

11 May 2017 17:39

Mayın 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin birgə təşkil etdikləri "Keyfiyyət infrastrukturunun inkişafı rəqabətədavamlı ixrac məhsulları istehsalının vacib amilidir" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıblar.

Diaspor rəhbəri beynəlxalq festivalda Azərbaycanı təmsil edib

11 May 2017 17:19

İtaliyada “Azəri” Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri, xoreoqraf, Milan Konservatoriyasının professoru Mais Nuriyev bu il San-Remo Beynəlxalq Rəsq Müsabiqəsinin münsiflər heyətində təmsil ounub. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, soydaşımız jürinin tərkibində dünyanın bir sıra ölkələrindən gəlmiş rəqqaslar arasından ən yaxşılarının seçilməsində iştirak edib.

Müdafiə Sənayesi Nazirliyi “İDEF-2017” sərgisində 260 adda məmulat nümayiş etdirir

11 May 2017 17:19

Türkiyənin İstanbul şəhərində keçirilən, Müdafiə Sənayesi Nazirliyinin də təmsil olunduğu “İDEF-2017” XIII Beynəlxalq müdafiə sənayesi sərgisinin rəsmi açılışı olub. Açılışda müdafiə sənayesi naziri Yavər Camalov da iştirak edib. Nazirlikdən verilən məlumata görə, ilk dəfə 2009-cu ildə 27 adda müdafiə təyinatlı məmulatla “İDEF” sərgisinə qatılan Müdafiə Sənayesi Nazirliyi “İDEF-2017” sərgisində 260 adda məmulat nümayiş etdirir.

Avtomobil qaçıran saxlanıb

11 May 2017 17:18

Mayın 10-na keçən gecə Sabirabad rayonunun Qalaqayın kəndi ərazisindən kənd sakini Eldar Fətullayevə məxsus "VAZ-21011" markalı avtomobil qaçırılıb. DİN-dən verilən məlumata görə, Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmkəndlisi, əvvəllər məhkum olunmuş Ramil Abbasov avtomobillə birgə saxlanılıb. RPŞ tərəfindən araşdırma aparılır.

Tovuzda silah-sursat aşkar edilib

11 May 2017 17:17

Aparılan profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini Əliqulu Nuriyev müvafiq sənədləri olmayan "BUM" markalı ov tüfəngini könüllü olaraq 42-ci Polis Bölməsinə təhvil verib. DİN-dən verilən məlumata görə, həmçinin Tovuz Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən rayonun Abulbəyli kəndi ərazisindən 1 ədəd "TOZ" markalı tüfəng, 18 ədəd avtomat patronu, 1 ədəd patron darağı, 1 ədəd "F-1" və 1 ədəd "RQD-5" qumbaraları tapılıb və aidiyyatı üzrə təhvil verilib. .

Qəbələdə "Mitsubishi" ağaca çırpılıb

11 May 2017 17:16

Qəbələ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, mayın 9-da saat 18 radələrində Qəbələ rayonunun Mirzəbəyli kəndi ərazisində Ağdaş rayon sakini İlqar Əliyev idarə etdiyi "Mitsubishi" markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə xəstəxanaya yerləşdirilən İ.Əliyev mayın 11-də orada ölüb.

Odlar Yurdu Universitetində Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94–cü ildönümünə həsr olunmuş beynəlxalq elmi–praktiki konfrans keçirilib

11 May 2017 17:14

10 may 2017–ci il tarixində Odlar Yurdu Universitetində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94–cü ildönümünə həsr olunmuş beynəlxalq elmi–praktiki konfrans keçirilmişdir.

“Azərbaycan xalqının milli ideologiyasının nəinki danılmaz, hətta mübahisəsiz bir üstünlüyü vardır ki,..

11 May 2017 17:10

 “Azərbaycan xalqı və dövləti tərəfindən azərbaycançılıq ideologiyasının tətbiqi, müdafiəsi və inkişaf etdirilib təkmilləşdirilməsi dünya miqyasında çox müxtəlif ideoloji proseslər kontekstində baş verdiyi hamıya məlumdur”. “OLAYLAR”-ın yap.org.az saytına istinadən verdiyi xəbərə görə, bu fikri Milli Məclisin deputatı Nizami Cəfərov səsləndirib. O, bildirib ki, Azərbaycan xalqının milli ideologiyasının nəinki danılmaz, hətta mübahisəsiz bir üstünlüyü vardır ki, onun mahiyyətində  üç tamamilə humanist  dəyər komponenti ifadə olunur.

Azərbaycanın sədrliyi ilə Ümumdünya Turizm Təşkilatının  105-ci sessiyası keçirilir

11 May 2017 17:10

İspaniyanın Madrid şəhərində Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının (BMÜTT) 105-ci sessiyası öz işinə başlayıb. “OLAYLAR”-ın xəbərinə görə, sessiya Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə keçirilir. Tədbirdə BMÜTT-nin baş katibi Taleb Rifai, sözügedən təşkilatın icraçı direktoru Zoltan Şomoqi, Turizm Etikası üzrə Dünya Komitəsinin sədri Paskal Lami, Dünya Səyahət və Turizm Şurasının prezidenti Devid Skousill və aidiyyəti beynəlxalq təşkilatların rəhbərləri, BMÜTT-ə üzv dövlətlərin 20-ə yaxın turizm və aidiyyəti sahələr üzrə nazirləri, eləcə də İcraiyyə Şurasının üzv ölkələrinin nümayəndələri, BMÜTT-nin assosiativ üzvləri və müşahidəçilər də daxil olmaqla 340-a yaxın qonaq iştirak edir. Sözügedən sessiyada ölkəmizi Azərbaycan Respublikasının İspaniya Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Anar Məhərrəmov, eləcə də Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri təmsil edir.