Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş konsert
11 May 2017 17:10 MədəniyyətMayın 10-da Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə R.Behbudov adına 2 nömrəli onbirillik musiqi məktəbində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş konsert keçirilib.
Baş İdarədən "Olaylar" - a bildirilib ki, tədbirdə Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov, məktəbin müəllim və şagird kollektivi və digər qonaqlar iştirak ediblər. Konsert məktəbin xalq çalğı alətləri orkestrinin ifası ilə başlayıb. Daha sonra şagirdlərin ifasında T.Quliyev "Vals", R.Babayev "Sevimli gözlər", A.Məlikov "Prelüdiya №3", S.Fərəcov "Rondoletto", Y.Vesnyak "Karlson", S.Fərəcov "Rondoletto", T.Bilardo " Faena- Faraon" Azərbaycan və xarici bəstəkarların əsərləri və Azərbaycan xalq rəqsləri səsləndirilib.