Müdafiə Sənayesi Nazirliyi “İDEF-2017” sərgisində 260 adda məmulat nümayiş etdirir

Türkiyənin İstanbul şəhərində keçirilən, Müdafiə Sənayesi Nazirliyinin də təmsil olunduğu “İDEF-2017” XIII Beynəlxalq müdafiə sənayesi sərgisinin rəsmi açılışı olub. Açılışda müdafiə sənayesi naziri Yavər Camalov da iştirak edib. Nazirlikdən verilən məlumata görə, ilk dəfə 2009-cu ildə 27 adda müdafiə təyinatlı məmulatla “İDEF” sərgisinə qatılan Müdafiə Sənayesi Nazirliyi “İDEF-2017” sərgisində 260 adda məmulat nümayiş etdirir.

Türkiyənin İstanbul şəhərində keçirilən, Müdafiə Sənayesi Nazirliyinin də təmsil olunduğu "İDEF-2017" XIII Beynəlxalq müdafiə sənayesi sərgisinin rəsmi açılışı olub. Açılışda müdafiə sənayesi naziri Yavər Camalov da iştirak edib. Nazirlikdən verilən məlumata görə, ilk dəfə 2009-cu ildə 27 adda müdafiə təyinatlı məmulatla "İDEF" sərgisinə qatılan Müdafiə Sənayesi Nazirliyi "İDEF-2017" sərgisində 260 adda məmulat nümayiş etdirir. Yerli mütəxəssislər tərəfində hazırlanan "Tufan" milli zirehli maşını, "Vaşaq" snayper tüfəngi, lüləaltı qumbaraatan,12,7 mm-lik silahla təchiz olunmuş məsafədən idarə olunan döyüş modulu kimi bir sıra yeni məmulatlar xarici ölkədə keçirilən müdafiə sənayesi sərgisində ilk dəfədir ki, nümayiş etdirilir. Dünyanın 50 ölkəsindən 300-dək şirkətin qatıldığı "İDEF-2017" sərgisində Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin nümayiş etdirdiyi məmulatlar böyük maraqla qarşılanır. Sərgi çərçivəsində nazir Yavər Camalovun Türkiyənin milli müdafiə naziri Fikri İşıq və bir neçə hərbi sənaye şirkətinin rəhbərləri ilə görüşləri olub. Eyni zamanda, nazir Yavər Camalovun Müdafiə Sənayesi Nazirliyinin stendini ziyarət edən Monqolustanın müdafiə naziri Badmaanyambuu Bat-erdene və müdafiə sənayesi müstəşarı Byambaa Kolya ilə də görüşüb. Müdafiə Sənayesi Nazirliyinin stendini "İDEF-2017" sərgisinə qatılan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və digər güç qurumlarının nümayəndələri də ziyarət edərək  nümayiş etdirilən məmulatlarla yaxından tanış olublar. Mayın 12-dək davam edəcək sərgi çərçivəsində nazir Yavər Camalovun tədbirə qatılan bir sıra ölkələrin də nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31