Diaspor rəhbəri beynəlxalq festivalda Azərbaycanı təmsil edib

İtaliyada “Azəri” Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri, xoreoqraf, Milan Konservatoriyasının professoru Mais Nuriyev bu il San-Remo Beynəlxalq Rəsq Müsabiqəsinin münsiflər heyətində təmsil ounub. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, soydaşımız jürinin tərkibində dünyanın bir sıra ölkələrindən gəlmiş rəqqaslar arasından ən yaxşılarının seçilməsində iştirak edib.

İtaliyada "Azəri" Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri, xoreoqraf, Milan Konservatoriyasının professoru Mais Nuriyev bu il San-Remo Beynəlxalq Rəsq Müsabiqəsinin münsiflər heyətində təmsil ounub. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, soydaşımız jürinin tərkibində dünyanın bir sıra ölkələrindən gəlmiş rəqqaslar arasından ən yaxşılarının seçilməsində iştirak edib.

Qeyd edək ki, festivala qatılan Azərbaycan təmsilçisi Rüstəm Kərimov müsabiqənin xüsusi diplomu ilə mükafatlandırılıb. Bundan başqa, diaspor rəhbəri Mais Nuriyev Qırğızıstanın paytaxtı Bişkekdə keçirilmiş Beynəlxalq Mədəniyyət Forumunda iştirak edərək Azərbaycan mədəniyyətini tanıdıb. Soydaşımız Qırğızıstan Mədəniyyət Nazirliyinin dəvətilə Bişkek Xoreoqrafiya Akademiyasında dünya xalq rəqslərinə quruluş verib və ustad dərsləri deyib. Mais Nuriyev təşkilatçıların istəyi ilə Azərbaycan xalq rəqslərinin tarixi, milli bayramlarımız, adət-ənənələrimiz, milli geyimlərimiz, folklor rəqsləri barədə mühazirə deyib. 15 ilə yaxındır İtaliyanın Milan şəhərində yaşayan Mais Nuriyev "Aida" və "Orizon" Rəqs Akademiyasının rəhbəri və Milan Konservatoriyasının professorudur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31