Gündəm

Hakim oğlunun ölümünə səbəb olan sürücünün MƏHKƏMƏsi: Protest təmin edilmədi

11 May 2017 18:48

Bu gün Bakı Apellyasiya Məhkəməsində Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin oğlu Rüfət Allahverdiyevi avtomobillə vuraraq öldürməkdə təqsirləndirilən Rəhim Kərimovun barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və təqsirləndirilən şəxsin apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Orta məktəbi başa vurmaq üçün 412 nəfər imtahan verdi

11 May 2017 18:47

Bu gün əvvəlki illərdə tam orta təhsilini başa vura bilməyən şəxslər üçün eksternat imtahanları keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumatına görə, Bakı şəhəri 45 nömrəli tam orta məktəbdə keçirilən eksternat imtahanında 412 nəfər iştirak edib. Eksternlər hərəsində 10 sual olmaqla 5 fənn (ana dili, ədəbiyyat, kimya, fizika, coğrafiya) üzrə imtahan veriblər. Eksternat imtahanları mayın 12-si və 13-də digər fənnlər üzrə davam edəcək.

Natiq Kərimova hökm oxundu - 7 İL

11 May 2017 18:39

Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə ittiham olunan Nardaran sakini Natiq Kərimov və Azərbaycan İslam Partiyasının sabiq sədr müavini İnqilab Əhədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bülbülün 120 illik yubileyi keçiriləcək

11 May 2017 18:36

Prezident İlham Əliyev Bülbülün 120 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. 2017-ci ildə Azərbaycan professional vokal məktəbinin banisi, görkəmli müğənni, tədqiqatçı-alim və pedaqoq, tanınmış ictimai xadim, SSRİ xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Bülbülün (Murtuza Məşədi Rza oğlu Məmmədovun) anadan olmasının 120 illiyi tamam olur.

Torres Ronaldunun anasına söydü - Derbidə qalmaqal

11 May 2017 18:35

Çempionlar Liqasının yarımfinalında keçirilən "Atletiko" - "Real" cavab matçı (2:1) zamanı iki oyunçu arasında insident yaşanıb. Matç zamanı epizodların birindən sonra "Atletiko"nun futbolçusu Fernando Torres rəqib komandanın hücumçusu Kriştianu Ronalduya "Problem nədir, təlxək?" deyib. Ronaldu isə ona belə cavab verib: "Özünə gəl, axmaq". Oyunun baş hakimi Cüneyt Çakır futbolçular arasında münaqişənin daha da böyüməsinin qarşısını alıb.

Dünya Turizm Təşkilatının baş katibi Talib Rifai Azərbaycanın "Dostluq" ordeni ilə təltif edilib

11 May 2017 18:25

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin Dünya Turizm Təşkilatının Baş katibi Talib Rifainin "Dostluq" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Bakıda xüsusi zolaqlara daxil olduğuna görə 900-dək sürücü cərimələnib

11 May 2017 18:10

Bakıda İslamiada ilə bağlı salınan xüsusi zolaqlara daxil olduqları üçün inzibati məsuliyyətə cəlb edilən sürücülərin sayı açıqlanıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov açıqlamasında deyib ki, Bakıda keçiriləcək IV İslam Oyunları ilə bağlı çəkilmiş xüsusi hərəkət zolaqlarına nəzarət davam etdirilir: “Mayın 5-dən bu günədək bu zolaqlara daxil olaraq qayda pozan 867 nəfər inzibati məsuliyyətə cəlb edilib”. V. Əsədov sabahdan həmin zolaqlarda hərəkət intensivliyinin artacağını nəzərə alaraq sürücülərə müraciət edib: “Sabahdan yarışlara qatılacaq idmançıları daşıyan nəqliyyat vasitələrinin həmin zolaqlardan istifadəsi artacaq. Buna görə də sürücülərdən diqqətli olmaları, yarışlar üçün nəzərdə tutulmuş zolaqlara daxil olmamaları xahiş edilir. Həmin zolaqlardan istifadə hüququ olmayan şəxslərin inzibati qaydada məsuliyyətə cəlb ediləcəklərini bir daha nəzərinizə çatdırıram”.

Baş nazir: "İordaniya Qarabağ münaqişəsinin müzakirəsində Azərbaycanı dəstəkləyir"

11 May 2017 18:06

"İordaniya beynəlxalq tədbirlərdə Dağlıq Qarabağ münaqişəsinin müzakirəsində Azərbaycanın haqq işini dəstəkləyir". Bunu Baş nazir Artur Rasi-zadə bu gün ölkəmizdə səfərdə olan İordaniya parlamentinin Nümayəndələr Palatasının sədri Atef Yusif Saleh əl-Taravnehin başçılığı ilə nümayəndə heyətini qəbul edərkən deyib.

"Neftçi"də yeni məşqçi

11 May 2017 18:02

"Neftçi" PFK-nın baş məşqçisi Elxan Abdullayevin köməkçisi müəyyənləşib. Novruz Əzimov əsas komandanın məşqçisi vəzifəsinə təyin olunub. 1982, 1985-1989 və 1991-1992-ci illərdə "Neftçi"nin heyətində 146 oyun keçirib, 5 qol vurmuş Əzimov Azərbaycan çempionudur (1992). "Kəpəz" və AZAL klublarında məşqçi kimi çalışmış mütəxəssis "Bakı"nın baş məşqçisi, məşqçisi və idman direktoru vəzifələrini yerinə yetirib. Baş məşqçi kimi Azərbaycan kubokunun qalibi olub (2011/2012).

Cahangir Hacıyevin səhhətində problem yarandı

11 May 2017 18:01

"Azərbaycana Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və digərlərinin apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib. Prosesə sədrlik edən hakim Əflatun Qasımov iclasda Cahangir Hacıyev səhhətində problemlər yarandığını deyib.

Baş pediatr SƏRT DANIŞDI: "İxtiyarı yoxdur"

11 May 2017 17:59

"Qida şirkətlərinin doğuşyardım və ya uşaq müəssisəsinə hədiyyə olaraq hansısa süni qida qatışığı verməyə ixtiyarı yoxdur. Bəzi halları biz də görürük, gücümüz çatan qədər qarşısını alırıq. Amma tək əldən səs çıxmaz. Biz çalışmalıyıq ki, uşaqların hüququ pozulmasın".

15 nəfərin ölümünə səbəb olan yanğınla bağlı məhkəmə - VƏSATƏT TƏMİN EDİLMƏDİ

11 May 2017 17:57

Bakı Apellyasiya Məhkəməsində Binəqədi rayonundakı yaşayış binasında baş vermiş yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Prosesə sədrlik edən hakim İlqar Murğuzov bildirib ki, zərərçəkmişlər onlara müraciət edərək binanın təmirində istifadə olunmaq üçün dövlət tərəfindən ayrılan pulun mənimsənildiyini deyiblər. Hakim qeyd edib ki, hazırkı cinayət işi üzrə bu məsələni araşdırmaq mümkün deyil, bununla bağlı zərərçəkmişlər istintaq orqanına müraciət edə bilər. Daha sonra hakim nəzərə çatdırıb ki, təqsirləndirilən şəxslərin vəkilləri həbs qətimkan tədbirinin ləğvi, iclasın istintaqla aparılması barədə vəsatətlər veriblər. Məhkəmə vəsatətləri təmin etməyib. Məhkəmənin baxış iclası mayın 24-nə təyin edilib.

Olimpiya çempionu: "Özümü Bakıda evdəki kimi hiss edirəm"

11 May 2017 17:55

"Mənə Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında iştirak etmək çox maraqlıdır". Bunu Olimpiya çempionu, Özbəkistan gimnastı Oksana Çusovitina deyib.

Azərbaycan İslam Oyunlarından neçə medal gözləyir?..

11 May 2017 17:53

IV İslam Həmrəyliyi Oyunlarında komandamızın nə qədər medal qazanacağı proqnozunu vermək çətindir. Çünki  Afrika, Asiya ölkələrindəki idmançıları o qədər də yaxşı tanımırıq”.

46 ölkənin idmançıları Atletlər Kəndinə yerləşdirildi

11 May 2017 17:50

“Hazırda 46 ölkənin idmançıları Atletlər Kəndinə yerləşdirilib. Bu gün isə 8 ölkənin nümayəndələrini gələcək”. Bunu “Bakı 2017” İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin Beynəlxalq Əlaqələr departamentinin rəhbəri və icraçı direktoru Könül Nurullayeva deyib. Onun sözlərinə görə, bu gün 8 ölkənin nümayəndələrini gələcək. İcraçı direktor bildirib ki, idmançıların boş vaxtlarını keçirməsi üçün mərkəz fəaliyyət göstərir. “Həmin mərkəzdə onlar stolüstü-tennis oynaya bilər və ya komanda şəklində televiziya verilişlərinə baxa bilərlər. Bu kimi əyləncələr nəzərdə tutulub. Lakin idmançıların elə də çox boş vaxtı yoxdur. Onlar daha çox məşqdə olurlar”.