Hakim oğlunun ölümünə səbəb olan sürücünün MƏHKƏMƏsi: Protest təmin edilmədi

Bu gün Bakı Apellyasiya Məhkəməsində Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin oğlu Rüfət Allahverdiyevi avtomobillə vuraraq öldürməkdə təqsirləndirilən Rəhim Kərimovun barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və təqsirləndirilən şəxsin apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Bu gün Bakı Apellyasiya Məhkəməsində Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin oğlu Rüfət Allahverdiyevi avtomobillə vuraraq öldürməkdə təqsirləndirilən Rəhim Kərimovun barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və təqsirləndirilən şəxsin apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olub. Qərara əsasən, prokurorun apellyasiya şikayəti və təqsirləndirilən şəxsin isə apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, hadisə ötən ilin may ayının 11-də saat 03:00 radələrində Nəsimi rayonunun Bülbül prospektində baş verib. Bakı şəhər sakini R.Kərimov idarə etdiyi "Mercedes" markalı avtomobil piyada R.Allahverdiyevi vurub. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. R.Allahverdiyev mayın 12-də orada dünyasını dəyişib.

Hadisədən sonra R.Kərimov Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin oğlu olan 19 yaşlı R.Allahverdiyev Azərbaycan Diplomatik Akademiyasının (ADA) 3-cü kurs tələbəsi olub. Hadisəni törədən şəxs R.Kərimovun atası Yüzasif Kərimov Respublika Kliniki Xəstəxananın baş həkimi vəzifəsində çalışıb. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31