Gündəm

Səhər yemək yeməyənləri gözləyən TƏHLÜKƏ

11 May 2017 20:01

Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edir ki, səhər yeməyindən imtina edən insanlarda ürək-damar sistemi xəstəliklərinin riski artmış olur. Səhər yeməyindən imtina mübadilə proseslərini pozur və həmçinin qan dövranını ləngidir. Qan dövranının ləngiməsi ilə damarlarda trombların əmələ gəlməsi riskini artırır. Mübadilə proseslərinin pozulması nəticəsində qanda xolesterolun səviyyəsi artır ki, bu da aterosklerozun inkişafını sürətləndirir. Ateroskleroz bütün dünyada ürək-damar sistemi xəstəliklərinin ilk səbəbidir. Digər elmi araşdırmalar göstərir ki, səhər yeməyindən imtina edən insanlarda piylənmə və şəkərli diabetinin riski artır. Beləliklə, insan sağlamlığı üçün tam dəyərli səhər yeməyi olduqca vacibdir.

Yeni texnologiya saniyədə 1 terabit buraxılış qabiliyyətinə malik olacaq

11 May 2017 19:55

1980-ci illərdə “DSL” texnologiyasının hazırlanmasında iştirak edən novator Con Sioffi Parisdə “G.fast Summit” sammitində mis kabellər vasitəsilə saniyədə 1 terabit buraxılış qabiliyyətinə nail olmaq məqsədi daşıyan tədqiqat layihəsini təqdim edib. “Terabit DSL” (TDSL) adlanan texnologiya məlumatları 50-600 giqahers tezliklərində ötürür.

Təbii qaz qrafenə çevriləcək

11 May 2017 19:50

ABŞ alimləri adi asetilendən qrafen hasil etmək üçün üsul kəşf ediblər. Yeni metod bütün mövcud üsullardan möhkəm olmaqla yanaşı, qrafen istehsalını xeyli ucuzlaşdıraraq yekunda minimal miqdar qatqılı məhsul əldə etməyə imkan verir.

Uşaqlar üçün ödəniş kartı buraxılıb

11 May 2017 19:45

ABŞ-ın “Current” şirkəti uşaqlar üçün “Visa” ödəniş kartını təqdim edib. Kart övladlarının xərclərinə nəzarət etmək və onları maliyyə savadlılığına öyrətmək istəyən valideyn uşaqları üçün nəzərdə tutulub.

19 illik məşhur ərini boşadı və 4,5 milyon təzminat aldı

11 May 2017 19:40

Ceyda Sabah 19 illik həyat yoldaşı və məşhur müğənni Coşkun Sabahdan 4,5 milyon lirəlik təzminat alıb. Ceyda Sabah 19 illik ərinin cib telefonunda tutduğu mesajlar üzündən boşanmaq üçün məhkəməyə müraciət edib.

“Google Chrome” brauzeri “Windows 10 S” əməliyyat sistemində əlçatan olmayacaq

11 May 2017 19:30

Ötən həftə “Microsoft” şirkəti “Microsoft EDU” konfransında yeni “Windows 10 S” əməliyyat sistemini təqdim edib. “Windows 10” sisteminin bu versiyasının özəlliklərindən biri yalnız “Windows Store” mağazasından yüklənilən proqramların dəstəklənməsi olub. Proqram nəhəngi tədbir çərçivəsində məlumat verib ki,  “Google” və “Mozilla” şirkətləri öz brauzerlərini “Windows Store” tətbiqlər mağazasında yerləşdirə bilərlər. Ancaq sonra məlum olub ki,  tətbiqlər mağazasının siyasətinə görə, adı çəkilən şirkətlər bunu edə bilməyəcək.

Alimlər istənilən səthi sensora çevirməyi öyrəniblər

11 May 2017 19:25

Karneqi-Mellon Universitetinin alimləri elektrik keçirən xüsusi rəngin köməyi ilə istənilən səthi sensor panelə çevirməyə imkan verən yeni texnologiya təqdim ediblər. “Electrick” adlandırılan yeni həllin əsasını elektrik tomoqrafiyasından istifadə təşkil edir. Bu texnologiyanın köməyi ilə istənilən obyekti toxunuşlara həssas etmək və kompüteri elə proqramlaşdırmaq olar ki, bu və ya digər əşyaya toxunuş vaxtı müvafiq funksiyaları yerinə yetirsin.

Rihanna Benzemaya xəyanət edibmiş

11 May 2017 19:18

2015-ci ildə qısa müddət futbolçu Kərim Benzema ilə sevgili olan Rihanna haqda gözlənilməz iddia səsləndirilib. Müğənni Benzema ilə birlikdə olduğu vaxt keçmiş sevgilisi Kris Braun ilə ona xəyanət edibmiş. 

Murad Bozdan "xəyanət" iddialarına cavab

11 May 2017 19:15

Dünən gecə məkanlardan birində jurnalistlərlə qarşılaşan müğənni Murad Boz Aslı Enverlə xəyanətə görə ayrılması barədə sualları cavablandırıb.

"100 min versələr..." - Mələkdən cazibədar fotosessiya

11 May 2017 19:10

Aparıcı Mələk Heydərova yeni fotosessiyası etdirib. Aktrisa kimi də fəaliyyər göstərən Mələk bu yaxınlarda serialda rol alacaq.

Bürclərin əsla bağışlamadığı davranışlar

11 May 2017 19:05

Bürclərin xarakterik xüsusiyyətləri onlara bəzi məsələlərdə yumşaq olmağa mane olur. Məsələn, bəziləri, yalanı güzəştə gedə bilmir, bəzilərinin isə səliqəsizliyi görməyə gözü yoxdur.

Prezident "Ümid" və "Babək" yataqlarının işlənməsinə dair sənədləri təsdiqləyib

11 May 2017 19:01

Azərbaycan prezidenti İlham Əliyev “Xəzər dənizinin Azərbaycan sektorunda Ümid yatağının və Babək perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə SOCAR Umid Oil and Gas Limited şirkəti arasında Risk Xidmət Sazişinin və ona əlavə olunmuş “Xəzər dənizinin Azərbaycan sektorunda Ümid yatağının və Babək perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında” SOCAR Umid Oil and Gas Limited şirkəti ilə Umid, Babək Eksploreyşn end Prodakşn şirkəti arasında Müqavilənin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanunu təsdiqləyib.

Keçmiş MTN generallarının məhkəməsi: Zərərçəkmişlər dindirildi

11 May 2017 18:59

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri - general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Türkiyədə PKK terrorçuları ilə qarşıdurma: 2 ölü, 11 yaralı

11 May 2017 18:55

Türkiyə hərbçiləri ilə PKK terrorçuları arasında baş vermiş silahlı qarşıdurma zamanı 2 çavuş şəhid olub, 11-i yaralanıb.  Hadisə Ağrı əyalətinin Doğubəyazid ilə Vanın Çaldıran rayonları arasındaki Təndürək dağında keçirilən əməliyyat zamanı qeydə alınıb.