Türkiyədə PKK terrorçuları ilə qarşıdurma: 2 ölü, 11 yaralı

Türkiyə hərbçiləri ilə PKK terrorçuları arasında baş vermiş silahlı qarşıdurma zamanı 2 çavuş şəhid olub, 11-i yaralanıb.  Hadisə Ağrı əyalətinin Doğubəyazid ilə Vanın Çaldıran rayonları arasındaki Təndürək dağında keçirilən əməliyyat zamanı qeydə alınıb.

Türkiyə hərbçiləri ilə PKK terrorçuları arasında baş vermiş silahlı qarşıdurma zamanı 2 çavuş şəhid olub, 11-i yaralanıb.  Hadisə Ağrı əyalətinin Doğubəyazid ilə Vanın Çaldıran rayonları arasındaki Təndürək dağında keçirilən əməliyyat zamanı qeydə alınıb. Yaralılardan 2-nin vəziyyətinin ağır olduğu və Van Dövlət Xəstəxanasına aparıldığı bildirilib. Digər 9 yaralı isə Doğubəyazid Dövlət Xəstəxanasına çatdırılıb. Məlumatda 5 PKK terrorçusunun ölü ələ keçirildiyi qeyd olunub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31