Dünya Turizm Təşkilatının baş katibi Talib Rifai Azərbaycanın "Dostluq" ordeni ilə təltif edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin Dünya Turizm Təşkilatının Baş katibi Talib Rifainin "Dostluq" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin Dünya Turizm Təşkilatının Baş katibi Talib Rifainin "Dostluq" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: BMT-nin Dünya Turizm Təşkilatı ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın qurulması və möhkəmləndirilməsində səmərəli fəaliyyətinə görə BMT-nin Dünya Turizm Təşkilatının Baş katibi Talib Rifai "Dostluq" ordeni ilə təltif edilsin". AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31