Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi necə təşkil olunur?-Özəl
15:11 Sosial"Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Qanunun 5-ci maddəsinə görə təhsil alan valideyn himayəsindən məhrum olan uşaqlar üçün imtiyaz və güzətlər nəzərdə tutulur. Həmçinin onlara davamiyyətdən asılı olmayaraq tələbə təqaüdünin iki misli ödənilir və təhsili başa vurduqda 2600 manat məbləğində birdəfəlik müavinət ödənilir". "Olaylar" xəbər verir ki, bunu Əmək Hüquqları Müdafiə Liqasının sədri Sahib Məmmədov deyib: "Bu hissəsi çox əla. Amma nə qanunda, nə onun tətbiqi ilə bağlı Fərmanda, nə də Nazirlər Kabinetinin qərarında təhsil dövründə 23-yaşa çatanlarla bağlı nə ediləcəyi göstərilmir. Qanuna əsasən "valideyn himayəsindən məhrum olmuş uşaqlar arasından olan şəxslər - valideyn himayəsindən məhrum olmuş ali, orta ixtisas və peşə təhsili müəssisələrində əyani formada təhsil alan 23 yaşınadək şəxslər"dir. Bu hissədə aydındır. İndi yüzlərlə tələbənin təhsili başa vurmağa bir neçə ay qalmış və ya lap bir gün qalmış yaşı 23 olur.
Bu halda məntiqə görə məzunun imtiyazları təhsili başa vurana qədər qalmalıdır. Amma bu barədə qanunvericilikdə heç nə yoxdur. Nəticədə təhsil müəssisələri təhsilalanın yaşı 23 olan kimi bütün imtiyazları dayandırır.
Sual yaranır: Təhsilini bitirmək ərəfəsində yaşı 23-ə çatanla, təhsilini başa vurandan sonra yaşı 23-ə çatanların fərqi nədir? Axı o müavinət ona görə verilir ki, valideyn himayəsindən məhrum olan məzun həmin müavinətlə bir müddət ayaqda qala bilsin. Görünür bu hissədə də Konstitusiya Məhkəməsinin qərarına ehtiyac var".