Tacikistanlı voleybolçu: “Ölkəmizə “Bakı-2017”nin mükafatçısı kimi qayıtmaq istəyirik”
“Gəldiyimiz təyyarənin reysində gecikmə oldu. Gec çatdığımıza görə məşq etməyə vaxtımız olmadı. Türkiyə ilə ilk oyunumuza qədər uyğunlaşma olmadığına görə məğlub olduq”. Bunu “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparan qadın voleybolçulardan ibarət Tacikistan milli komandasının üzvü Makhfırat Norova deyib.
11 May 2017 17:40 İdman"Gəldiyimiz təyyarənin reysində gecikmə oldu. Gec çatdığımıza görə məşq etməyə vaxtımız olmadı. Türkiyə ilə ilk oyunumuza qədər uyğunlaşma olmadığına görə məğlub olduq". Bunu "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparan qadın voleybolçulardan ibarət Tacikistan milli komandasının üzvü Makhfırat Norova deyib.
Onun sözlərinə görə, komandası artıq adaptasiya prosesini keçib və qarşıdakı oyunlarda daha yaxşı nəticələr göstərməyə çalışacaq: "Ən güclü rəqiblər olaraq Türkiyə və Azərbaycan yığmalarını görürəm. Çalışacağıq ki, yaxşı oyun nümayiş etdirək və fəxri kürsüdəki yerlərdən birində olaq. Ölkəmizə "Bakı-2017"nin mükafatçısı kimi qayıtmaq istəyirik. Biz buna qadir olduğumuzu nümayiş etdirmək üçün yarışda özümü yaxşı tərəfdən göstərməliyik".
Voleybolçu Bakı haqda təəssüratlarını da bildirib: "Birinci dəfədir Bakıdayam. Bura mənim çox xoşuma gəldi. Bakı çox gözəl və böyükdür. IV İslam Həmrəyliyi Oyunlarının belə yüksək təşkilatçılığına görə minnətdarlığımı bildirirəm". Sia.az