Hicran Hüseynova Sabirabadda qəbul keçirəcək

30 may 2017-ci il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova Sabirabad rayonunda saat 11:00-da Heydər Əliyev adına mərkəzdə vətəndaşların qəbulunu keçirəcək. Bu barədə Komitədən “Olaylar”a verilən məlumata görə, qəbulda Neftçala, Biləsuvar, Cəbrayıl, Şirvan, Saatli, Salyan, Hacıqabul, Sabirabad rayonlarının sakinləri qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlərlə bağlı iştirak edəcəklər. Qəbulda vətəndaşların ərizə, təklif və tövsiyələrinə baxılması nəzərdə tutulur. Qəbuldan sonra rayonun fəal qadınları ilə görüşün keçirilməsi planlaşdırılır. Görüş çərçivəsində Sabirabad rayonunda qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı və digər mövzular üzrə müzakirələr ediləcək.

30 may 2017-ci il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova Sabirabad rayonunda saat 11:00-da Heydər Əliyev adına mərkəzdə vətəndaşların qəbulunu keçirəcək. Bu barədə Komitədən "Olaylar"a verilən məlumata görə, qəbulda Neftçala, Biləsuvar, Cəbrayıl, Şirvan, Saatli, Salyan, Hacıqabul, Sabirabad rayonlarının sakinləri qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlərlə bağlı iştirak edəcəklər. Qəbulda vətəndaşların ərizə, təklif və tövsiyələrinə baxılması nəzərdə tutulur. Qəbuldan sonra rayonun fəal qadınları ilə görüşün keçirilməsi planlaşdırılır. Görüş çərçivəsində Sabirabad rayonunda qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı və digər mövzular üzrə müzakirələr ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31