Daxili orqanında 13 büküm heroin aşkar edildi

Biləsuvar Gömrük İdarəsinin əməkdaşları narkotik vasitənin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsi cəhdinin qarşısını alıblar.

Biləsuvar Gömrük İdarəsinin əməkdaşları narkotik vasitənin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsi cəhdinin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, İdarənin "Qoşa Təpə" gömrük postunda, daxil olan əməliyyat məlumatı əsasında, İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb.Vətəndaşın üzərində şəxsi yoxlama zamanı, onun daxili orqanında (düz bağırsağında) 13 ədəd bükümdə xalis çəkisi 218,508 qram olan heroin aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31