Vətəndaşlarda banka inam hissi yaradılmalıdır

Vətəndaş və bank bir-birinə sıx bağlı olan subyektlərdir. İstənilən zaman şəraitində mövcud iqtisadi situasiyanı müəyyən etmək və bu sahədə tibbi dildə desək, hərarət dərəcəsini ölçmək üçün məhz, bu iki subyekt arasında münasibətlərin real vəziyyətinə diqqət yetirmək kifayətdir.

Bank vətəndaşa və iqtisadiyyata xidmət üçündür

Vətəndaş və bank bir-birinə sıx bağlı olan subyektlərdir. İstənilən zaman şəraitində mövcud iqtisadi situasiyanı müəyyən etmək və bu sahədə tibbi dildə desək, hərarət dərəcəsini ölçmək üçün məhz, bu iki subyekt arasında münasibətlərin real vəziyyətinə diqqət yetirmək kifayətdir. Belə ki, sözügedən vəziyyət əgər, yüksək səviyyədə inam əsasında qurulmuşdursa və qarşılıqlı etimad atmosferi əsasında xarakterizə olunursa, demək, iqtisadiyyatda bütün işlər yaxşı sürətlə gedir. Yox əgər, əksinə vəziyyətdirsə, problemlər hökm sürür. İqtisadçı ekspert Pərviz Heydərov deyir ki, inam hissi isə vətəndaşlarda olmalıdır: "Başqa sözlə desək, yaranmalıdır. Odur ki, yuxarıda qeyd etdiyim məsələnin həllində əsas yük bankların üzərinə düşür. Belə ki, bunun üçün hər bir bank vətəndaşda ilk növbədə özünə qarşı maraq yaratmalı, ikincisi təklif etdiyi xidmətlərə vətəndaşın "əlini çatan" etməli, üçüncüsü onların iqtisadi mənefələrinin təhlükəsizliyinə yüksək həddə təminat verməli və dördüncüsü isə üçüncü bir tərəflə münasibətlərin və yaxud qarşılıqlı əlaqələrin həyata keçməsində ən maksimal şəkildə vasitəçilik göstərməyə çalışmalıdır. Bu baxımdan, peşəsindən və sosial durumundan asılı olmayaraq demək olar, hamımız Azərbaycan Beynəlxalq Bankının (ABB) son dövrdə başına gələnlərdən və ya ətrafında baş verənlərdən xəbərdarıq. Çünki adı çəkilən Bankda kiminin az-çox əmanəti vardı, kiminin kredit borcu, əksəriyyətin isə işlədikləri yerdən aldıqları aylıq maaşa, həmçinin böyük sayda pensiyaçı kontingentinə əsasən isə müvafiq ödənişlərə görə plastik kart "asılılığı". Bir sözlə desəm, ABB ölkədə ən böyük və iqtisadi dildə desək, sistem əhəmiyyətli bank sayılırdı. Və sözügedən Bankın məlum vəziyyətə, yəni ciddi çətinliklərlə üzləşəcəyini heç kim zənninə belə gətirə bilməzdi. Təbii ki, bu, sabiq rəhbərliyin yarıtmaz idarəçiliyi nəticəsində baş verdi. Və ABB-nin az qala çöküş problemi ilə üzləşməsi nəticəsində bütün bank sektoru "iflic" vəziyyətə düşdü. Təsadüfi deyidi ki, Prezident İlham Əliyev də 2016-cı ildə ölkənin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair Nazirlər Kabinetinin bu ilin yanvarın 10-da keçirilən iclasında qeyd etdi ki, iqtisadiyyatımıza ən böyük zərbə vuran məhz bank sektoru oldu. Ancaq yaxşı ki, dövlət məsələnin üzərinə düşdü və mənfi tendensiyanın inkişafının qarşısını aldı, inzibati və təşkilati tədbirlər görməklə, Bankı sağlamlaşdırmaq üçün kompleks tədbirlərə başladı. Mən, uzun illərdir ki, əmək pensiyamı Beynəlxalq Bankın təqdim etdiyi plastik kart vasitəsilə alıram. Təbii ki, ötən müddət ərzində sözügedən kartın istifadə müddətinin bir neçə dəfə bitdiyi hallar olmuşdu. Növbəti belə bir hal isə, yəni ki, artıq, 3 il idi ki, istifadəmdə olan pensiya üzrə plastik kartımın müddəti ötən ay, başqa sözlə desəm, apreldə başa çatırdı. Açıq deyim ki, kartımın istifadə müddətinin bitmə vaxtı yaxınlaşdıqca Azərbaycan Beynəlxalq Bankından yeni plastik kartı necə və hansı yolla alacağım ilə bağlı müəyyən narahatçılıq keçiriridim. Düzdür, yeni plastik kartın əldə olunması üçün heç bir problem yox idi və ola da bilməzdi. Lakin fiziki vəziyyətimlə əlaqədar olaraq, bundan ötrü mütləq ikinci şəxsin köməyindən istifadə etməli və Azərbaycan Beynəlxalq Bankının müvafiq filialına onu göndərməli idim. Ancaq mən, banka müraciət etmək qərarına gəldim. Və nəticə. Adı çəkilən banka cəmi bircə dəfə telefon açmağım nəticəsində məsələm həll olundu. Bax, budur vətəndaşa xidmət". Ekspert bildirib ki, vətəndaşlar ilə banklar arasında inam hissi məhz birinci tərəfdə yaradılmalıdır: " Bu isə Banklardan asılı məsələdir. Və tələb olunan şərtlərdən biri isə üçüncü bir tərəflə münasibətlərin və yaxud qarşılıqlı əlaqələrin həyata keçməsində ən maksimal şəkildə vasitəçilik göstərməkdən ibarətdir.Bir telefon zəngi sayəsində pensiya üzrə yeni plastik kartımın ABB-nin Yasamal filialının əməkdaşları tərəfindən yaşadığım ünvana çatdırılması nəticəsində bir vətəndaş olaraq mən, bunun əyani şahidi oldum. Belə ki, evdə oturduğum yerdə Bank xidmətindən yararlandım. Özü də Beynəlxalq Bankın. Buna görə, ABB-nin yeni rəhbərliyinə təşəkkürümü bildirirəm. Çünki, bu əslində, kiçik bir fakt olsa da, hər halda adı çəkilən qurum üzrə sağlamlaşdırma tədbirlərin artıq, müsbət bəhrə verdiyi göstəricisidir. Arzu edirəm ki, bu, bütün bank sektorunu əhatə etsin. Bank vətəndaşa və iqtisadiyyata xidmət üçündür, bunlardan yararlanmaq və xeyir götürmək üçün deyil".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31