Gündəm

Müflis banklarda pulu qalan vətəndaşlar nə etməlidir?

11 May 2017 14:09

Dünya bazarlarında neftin qiymətlərinin kəskin şəkildə aşağı düşməsi fonunda ölkənin maliyyə bazarlarında yaranan xoşagəlməz situsiya banklara da təsirsiz ötüşmədi. Yaranmış yeni vəziyyətə uyğun olaraq öz fəaliyyətini qura bilməyən bir çox banklar nəticə etibarilə ya ləğv olundu, ya da digər maliyyə qurumları ilə birləşmək məcburiyyətində qaldı. Belə olan halda isə ortaya çıxan ciddi problemlərdən biri də özünü müflis elan etmiş banklarda əmanəti qalan vətəndaşlarla bağlı idi. Daha doğrusu ortaya maraqlı bir sual çıxırdı. Müflis banklarda pulu qalan vətəndaşlar nə etməlidir?

Subsidiya: aqrar sektora dəstəyin təşviq aləti kimi

11 May 2017 14:07

Son illər ölkə iqtisadiyyatının inkişafı üçün baş verən dövlət səviyyəsində dəstək bir neçə istiqamətdə həyata keçirilirdi. Elə sahələr var ki, onlarla bağlı hərtərəfli himayə siyasəti bir neçə il bundan qabaq həyata keçirilməyə başlamışdı.

Dəhşətli kadrlar: motosiklet yük maşını ilə toqquşdu, sürücü diri-diri yandı - VİDEO

11 May 2017 14:01

Çində təhlükəsizlik kameralarına düşən görüntülər dəhşətə gətirir. Videoda motosikletin yük maşını ilə toqquşması, sonra da alışması əks olunub. Sürücülərin vəziyyəti barədə məlumat yoxdur. 

Simeone: "Geri dönüş etmək fikrimiz vardı"

11 May 2017 13:54

"Atletiko"nun baş məşqçisi Diyeqo Simeone "Real"la yarımfinal görüşündən sonra (2:1) fikirlərini media ilə bölüşüb. Argentinalı mütəxəsis komandanı tək qoymadığına görə onlara təşəkkürünü bildirib.

Yeganə Eyvazovanın "Abidəşünaslıq" adlı monoqrafiyası işıq üzü görüb

11 May 2017 13:50

 Mədəniyyət və İncəsənət Universitetinin Muzeyşünaslıq kafedrasının müdiri, pedaqogika elmlər üzrə fəlsəfə doktoru, dosent Yeganə Eyvazovanın “Abidəşünaslıq” adlı monoqrafiyası işıq üzü görüb. Universitetdən “Olaylar” – a bildirilib ki, monoqrafiyada tarix və mədəniyyət abidəsi fenomeninin tərifi, əlamətləri, onun status səviyyəsini müəyyən edən dəyər komponentləri təhlil olunur və abidələr ilə bağlı məsələlərin geniş spektri nəzərdən keçirilir.

Ermənilər ATƏT-in Tiflisdə keçirilən konfransında təxribat törətmək istədilər

11 May 2017 13:49

Ermənilər ATƏT-in "Saxta xəbərlər, dezinformasiya və KİV azadlığı" mövzusunda Tiflisdə keçirilən illik konfransında təxribat törətməyə cəhd göstəriblər. 

Türkiyədə antiterror əməliyyatı

11 May 2017 13:46

İzmirdə keçirilən antiterror əməliyyatında təhlükəsizlik qüvvələri solçu İnqilabçı Kommunistlər Birləşmiş Azadlıq Gücləri (DKB/BÖG) terrorçular şəbəkəsinin 11 üzvünü saxlayıb. İzmir prokurorluğunun apardığı istintaq tədbirləri nəticəsində şəhərin Terrorla Mübarizə Şöbəsi qrupu Suriyada öldürülən və kod adı “Mehmet” olan DKB/BÖG üzvü Ulaş Bayraktaroğlunun intiqamını almaqdan ötrü terror şəbəkəsinin Türkiyəyə sızdığını ifşa edib. Nəticədə İzmirin Konak və Bayındır rayonları ərazisində keçirilən əməliyyatda haqlarında tutulma qərarı verilmiş 11 şübhəli şəxs saxlanılıb.  

Ulu Öndərin 94-cü il dönümünə həsr olunmuş şahmat və dama yarışı

11 May 2017 13:44

Mədəniyyət və İncəsənət Universitetində Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş fakültələr arası şahmat və dama yarışları keçirilib.

Şimşək çaxacaq, yağış yağacaq

11 May 2017 13:42

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, mayın 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Prokurorluq orqanlarında iki yeni təyinat

11 May 2017 13:39

Gəncə Şəhər Prokurorluğunda baş köməkçi vəzifəsində çalışan Anar Haqverdiyev vəzifəsindən azad edilib. Şəhər Prokurorluğundan report-a verilən məlumatına görə, Anar Haqverdiyev Baş Prokurorluğun Kadrlar İdarəsinə prokuror vəzifəsinə təyin olunub. Gəncə Şəhər Prokurorunun baş köməkçisi vəzifəsinə isə əvvəllər prokurorun köməkçisi vəzifəsində çalışmış Hakverdi Mehrabov təyin olunub.

Prezident İlham Əliyev və xanımı Pirallahı rayonunda yeni körpü və yolun açılışında iştirak ediblər - YENİLƏNİB

11 May 2017 13:35

Mayın 11-də Pirallahı qəsəbəsindəki Səməd Vurğun küçəsinin yenidənqurmadan sonra açılışı olub.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Dövlətimizin başçısı və birinci xanım əvvəlcə küçənin yenidən qurulması işlərini əks etdirən stendə baxdılar.

Avropa İttifaqı Şurası Ukrayna ilə viza rejiminin ləğvinə qərar verib

11 May 2017 13:30

Avropa İttifaqı Şurası bu gün Ukrayna ilə viza rejiminin ləğvinə dair qərar qəbul edib. Bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko açıqlama yayıb. "Elə indicə Avropa İttifaqının Nazirlər Şurası bizlərə - Ukrayna vətəndaşlarına vizasız səyahət hüququ verən yekun qərar qəbul edib. Mayın 17-də Strasburqda bu barədə müvafiq qanunvericilik aktı təntənəli şəkildə imzalanacaq.

MN: Ermənistan televiziyasına məxsus olduğu iddia edilən nəqliyyat vasitəsindən açılan atəşə cavab verilib

11 May 2017 13:27

Azərbaycan Müdafiə NazirliyiErmənistan kütləvi informasiya vasitələrində cəbhə xəttində Ermənistanın “Şant” televiziya şirkətinin operatorunun bölmələrimiz tərəfindən açılan atəş nəticəsində yaralanması barədə xəbərə münasibət bildirib. 

“Washington Times”: İlham Əliyev digərlərindən fərqli olaraq enerji ixracından siyasi məqsədlər üçün istifadə etmir

11 May 2017 13:24

“Azərbaycan ABŞ-ın etibarlı tərəfdaşıdır”. Bu barədə “Washington Times” nəşrində iki ölkə arasında əməkdaşlığa dair yer alan məqalədə deyilir. Bildirilir ki, öz qonşularından fərqli olaraq Azərbaycan heç zaman enerjidən geosiyasi silah kimi istifadə etməyib.

İkinci binada mənzillərin jurnalistlərə nə vaxt paylanacağı açıqlanıb

11 May 2017 13:22

Azərbaycan jurnalistləri üçün Bakı şəhərinin Səbail rayonu ərazisində, Yeni Salyan yolunda tikilən ikinci binanın istifadəyə veriləcəyi tarix məlum olub.