Ulu Öndərin 94-cü il dönümünə həsr olunmuş şahmat və dama yarışı

Mədəniyyət və İncəsənət Universitetində Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş fakültələr arası şahmat və dama yarışları keçirilib.

Universitetedən "Olaylar" - a bildirlib ki, tədbiri giriş sözü ilə açan Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektor, filologiya elmləri üzrə doktor, professor Gülşən Əliyeva tələbələrə uğurlar arzulayıb.

Tələbələrin asudə vaxtının səmərəli keçirməsi üçün Universitetin Ümumi işlər üzrə prorektoru, Tələbə Gənclər Təşkilatı, YAP Gənclər Birliyi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkil etdiyi şahmat yarışı üzrə Musiqi sənəti fakültəsinin I kurs Musiqi müəllimliyi ixtisası tələbəsi Vəfa Mustafayeva və dama yarışı üzrə Kulturologiya fakültəsinin I kurs Kitanxanaçılıq və informasiya ixtisasının tələbəsi Turan Qarayev qalib gəlib. 

Sonda qaliblər diplom, hədiyyələr ilə təltif olunub və Heydər Əliyev büstünün önünüə əklil qoyub, xatirə şəkli çəkdiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31