Müflis banklarda pulu qalan vətəndaşlar nə etməlidir?

Dünya bazarlarında neftin qiymətlərinin kəskin şəkildə aşağı düşməsi fonunda ölkənin maliyyə bazarlarında yaranan xoşagəlməz situsiya banklara da təsirsiz ötüşmədi. Yaranmış yeni vəziyyətə uyğun olaraq öz fəaliyyətini qura bilməyən bir çox banklar nəticə etibarilə ya ləğv olundu, ya da digər maliyyə qurumları ilə birləşmək məcburiyyətində qaldı. Belə olan halda isə ortaya çıxan ciddi problemlərdən biri də özünü müflis elan etmiş banklarda əmanəti qalan vətəndaşlarla bağlı idi. Daha doğrusu ortaya maraqlı bir sual çıxırdı. Müflis banklarda pulu qalan vətəndaşlar nə etməlidir?

Dünya bazarlarında neftin qiymətlərinin kəskin şəkildə aşağı düşməsi fonunda ölkənin maliyyə bazarlarında yaranan xoşagəlməz situsiya banklara da təsirsiz ötüşmədi. Yaranmış yeni vəziyyətə uyğun olaraq öz fəaliyyətini qura bilməyən bir çox banklar nəticə etibarilə ya ləğv olundu, ya da digər maliyyə qurumları ilə birləşmək məcburiyyətində qaldı. Belə olan halda isə ortaya çıxan ciddi problemlərdən biri də özünü müflis elan etmiş banklarda əmanəti qalan vətəndaşlarla bağlı idi. Daha doğrusu ortaya maraqlı bir sual çıxırdı. Müflis banklarda pulu qalan vətəndaşlar nə etməlidir?

İqtisadçı ekspert, "Bank Standard"ın Kreditorlar Komitəsinin sədri Əkrəm Həsənov deyir ki, Kreditorlar Komitəsi bankda vəsaiti qalanların ictimai qurumudur və fəaliyyəti o cümlədən Fonda ləğvetmə prosesi əsnasında nəzarət etməkdən ibarətdir. Fond həmin bankın ləğvedicisidir: yəni bankın əmlakını satmalı, verdiyi kreditləri qaytarmalı və bunun müqabilində bankda vəsaiti qalanların pulunu ödəməlidir: "Lakin artıq indidən Fond bəyan edir ki, bankın əmlakı və qaytarılası kreditləri heç Fondun öz tələblərinin ödənilməsinə kifayət etməyəcək. Faktiki olaraq bankın kreditorlarına deyirlər ki, pulunuz batdı Belə şəraitdə nə etmək lazımdır? İlk növbədə Komitə özü tam məlumatlı olmalıdır. Heç bir dövlət qurumu, heç bir Fond kreditorlar qədər bu işə can yandırmayacaq. Məhz buna görə bu həftənin əvvəlində Fonda Komitənin adından ünvanladığım müraciətdə bəzi məlumat və sənədlərin təqdim edilməsini xahiş etdim. İlk növbədə bankın əmlak vəziyyətinə dair hesabat, o cümlədən mövcud əmlakın necə satılacağı barədə məlumat verilməlidir. Həmin hesabat rübdə bir dəfə tərtib edilməli və kreditorlara təqdim edilməlidir. Yəni kreditorlar bankın olan-qalan əmlakı barədə məlumatlı olmalıdır. Əslində, Fond bu məlumatı çoxdan könüllü açıqlamalı idi. Buna görə də Fonda təklif etmişəm ki, məlumatı saytında dərc etsin. İkincisi, bankın verdiyi kreditlər haqda tam məlumat. Kreditorlar pullarının kimlərə və necə kredit kimi verildiyini bilməlidir ki, qaytarılma prosesinə də səmərəli nəzarət edə bilsinlər. Burada hər hansı bank sirri yoxdur.. İlkin mərhələdə heç olmasa borc alanların adını göstərmədən məlumatın təqdim edilməsi zəruridir. Kreditorlar toplanan vəsaitlərə kimlərin və hansı həcmdə tələbi olduğunu dəqiq bilməlidir ki, bölgüyə də səmərəli nəzarət edə bilsinlər. Kreditorlar haqda məlumatın bank sirri olduğunu nəzərə alaraq, heç olmasa adlarını göstərmədən məlumatın verilməsini xahiş etmişəm". Ekspert deyir ki, son 10 ildə bankın Mərkəzi Bank və Palata tərəfindən yoxlanılması haqda sənədlər. Bankın acınacaqlı vəziyyəti üzərində nəzarətin qanuna zidd aparıldığı ehtimalını yaradır: "Sənədlərin təhlili bunu təsdiqləsə, kreditorlar bankda qalmış vəsaitlərini Mərkəzi Bankdan tələb edə bilər. Onu da nəzərə almaq lazımdır ki, Mərkəzi Bank və Palata Fondun Himayəçilik Şurasında təmsil olunur. Buna görə də Fondun bu məsələdə obyektiv ola bilməsi şübhə altındadır. Son 10 il üzrə bankın maliyyə hesabatları Bankın vəziyyətinin təhlili bunsuz mümkün deyil. Əlavə olaraq Fondun sifarişi ilə "KPMG" audit şirkətinin və "BM Morrison Partners" hüquq şirkətinin rəylərinin də Komitəyə təqdim olunmasını xahiş etmişik.Göründüyü kimi, biz Fonddan qeyri-adi heç nə istəmirik. Şəffaf və ədalətli fəaliyyət göstərmək niyyəti varsa, fond xahişlərimizi yerə salmamalıdır". Əkrəm Həsənov bildirib ki, digər müflis bankların da kreditorları və Kreditorlar Komitəsinin üzvləri yaranmış vəziyyətlə bağlı müraciət edir: "Onlara analoji şəkildə hərəkət etməyi tövsiyə edirəm "Bank Standard" müflis olmuş ən iri bankdır. Komitə də ilk olaraq məhz bu bankda yaradılıb. Buna görə də nümunə olacaq. Kreditorları əzmkar olmağa çağırıram. Haqqınızı tələb edin. Vətəndaşımızın banklara 100 manat borcu olanda belə dərisinə saman təpirlər, başına oyun açırlar. Sizlərin isə banklarda minlərlə, milyonlarla vəsaiti qalıb. Haqqınızı tələb edin və bilin, qanunlarımız sizin tərəfinizdədir, dövlətimiz də sizi müdafiə edəcək".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31