Gündəm

Uşaq musiqi və incəsənət məktəbləri Bakı Şopping Festivalında

11 May 2017 13:20

Bakı Şopping Festivalı çərçivəsində Mədəniyyət və Turizm Baş İdarəsinin tabeliyində olan uşaq musiqi və incəsənət məktəblərinin nağaraçalanlar, “Köhnə Bakı”, “Aysel”, “Səma” rəqs ansamblları eləcə də Bakı Uşaq Teatrı  tərəfindən nümayiş olunan bir-birindən gözəl, əyləncəli proqramlar turist və şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.

Türkiyə millisinin kapitanı: “Ən çətin rəqibimiz Azərbaycan yığmasıdır” 

11 May 2017 13:12

“Hər zaman ilk oyunlar çətin olur. Biz birinci qarşılaşmamızda Türkmənistan yığması ilə oynadıq. Rəqiblərimizə hörmətlə yanaşırıq. Matçda zaman-zaman çətinlik çəksək də,  sonda qalib gəldik (0:3)”. Bunu  “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparan kişi voleybolçulardan ibarət Türkiyə milli komandasının kapitanı Melih Siratca deyib.

Ramos: "Meydanda Hiquainə güzəşt etmək fikrində deyiləm"

11 May 2017 13:10

"Real" ardıcıl 2-ci dəfə Çempionlar Liqasının finalına vəsiqə qazanıb. Həlledici oyunda Madrid klubunun rəqibi "Yuventus" olacaq. 

Otel binasında QORXUNC OLAY: uşaq pəncərədən asılı qaldı - VİDEO

11 May 2017 13:07

Türkiyənin Adana şəhərində anasının çölə çıxmasından sonra hotel otağında tək qalan 5 yaşlı uşaq, pəncərədən çölə baxmaq istəyərkən 5-ci mərtəbədən yıxılmaq təhlükəsi ilə üz-üzə qalıb. 

Ermənilər həmyerlimizi vəhşicəsinə döydülər

11 May 2017 13:05

Rusiyada ermənilər soydaşlarımıza qarşı təxribatyönümlü əməllərindən əl çəkmirlər. Sankt Peterburq şəhərində həmyerlimiz Hüseynov Əfsun adlı diaspor fəalına qarşı 20 dən çox erməni tərəfindən hücum olub. Hüseynov Əfsun ermənilər tərəfindən vəhşicəsinə döyülüb. O, aldığı xəsarətdən şəhər xəstəxanasına yerləşdirilib . Hadisə yerinə çoxlu sayda hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilsə də, ermənilərdən saxlanılan olmayıb. Polis tərəfindən iki həmyerlimiz polis maşınına məcburi mindirilib və döyülərək polis bölməsinə aparılıblar.

Elm dünyası şokda - İlk insanları hansı xəstəlik məhv edib?

11 May 2017 13:04

Dünya tarixinin neandertal insanlarının hansı səbəbdən məhv olması məlum olub. Buna səbəb müasir insanların Afrikadan Avropaya köçü olub. Müasir insanlar Afrikadan Avropaya köçəndə neandertallarla üzləşiblər. Yeni araşdırmlara əsasən, neandertallar müasir insanlardan yoluxduqları xəstəlik səbəbindən tarix səhnəsindən siliniblər.

Müxalifətdəki agentlərə nə qədər pul verilib? - Məbləğ açıqlandı 

11 May 2017 13:01

Hazırda həbsdə olan və məhkəmə prosesi davam edən MTN generalı Elçin Quliyev və müavini, polkovnik Azər Mehdiyevin ittiham olunduqları epizodlardan biri də dövlət büdcəsindən 7,7 milyon manat pulun mənimsənilməsidir. Keçmiş MTN-çilər isə bu pulların agentlərə mükafat kimi verildiyini bildiriblər. 

Pulsuz ixtisaslarda ballar ciddi şəkildə artacaq

11 May 2017 12:59

Bu il keçirilən qəbul imtahanlarının ilk mərhələsində bütün qruplar üzrə 10 abituriyent yüksək nəticə göstərərək 700 bal toplayıb.  Belə olan halda təhsil ictimaiyyəti keçid ballarının artacağını proqnoz edir. Bəs, keçid ballarının artması mümkündürmü? 

Zamində olan şəxs məhkəmə zalında həbs edildi - 16 min manatlıq dələduzluq

11 May 2017 12:56

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Anar Qədimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Sadıqovlu "Qarabağ" çempion oldu

11 May 2017 12:54

U-19 Liqasında XXXI turun oyunları keçirilib, 19 yaşadək futbolçulardan ibarət "Qarabağ" "Qəbələ"ylə qarşılaşıb. Şamaxı Olimpiya Kompleksində keçirilən qarşılaşmada Ağdam klubu 3:1 hesablı qələbə qazanıb.

Bakı-2017: İraq həndbolçuları yarımfinala yüksəldilər

11 May 2017 12:53

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında həndbol yarışının qrup mərhələsinin sonuncu turunda "B" qrupunda Mərakeş və İraq yığmaları qarşılaşıblar. 25:22 hesabı ilə qələbə qazanan İraq həndboçuları yarımfinal mərhələsinə vəsiqə qazanıblar.

Dələduz maklerə HÖKM OXUNDU

11 May 2017 12:51

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Abgül Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakıda qadına məxsus "Porsche"dən oğurluq edildi

11 May 2017 12:50

Bakıda qadına məxsus avtomobildən oğurluq olub. Hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb. 

Elnarə “Azərinlə tək ürək” – də

11 May 2017 12:45

Ötən gün müğənni Elnarə Xəlilova əməkdar artist Azərinin TRT Avaz telekanalında efirə gedən “Azərinlə tək ürək” proqramında qonaq olub. “Olaylar” – ın məlumatına görə, azərbaycanlı müğənni ilə yanaşı türkiyəli səs sənətçisi Adile Kurt Karatepe də proqramda iştirak edib. TRT Avazın Azərbaycan siması olan Elnarə Xəlilova proqramda  yaradıcılığından bəhs edərək, sevilən mahnılarını ifa edib.

Bakı bulvarında sərxoş qızın başına iş gəldi

11 May 2017 12:44

Bakı bulvarında gənc qız dənizə yıxılıb. Neftçilər prospekti 24 ünvanının qarşısında, Dənizkənarı Milli Park ərazisində 20-25 yaşlı qız dənizə yıxılıb. Boğulmaq üzrə olan qız polisin və təhlükəsizlik işçilərinin köməkliyi ilə sudan çıxarılıb. O, Kliniki Tibbi Mərkəzə yerləşdirilib.