Ramos: "Meydanda Hiquainə güzəşt etmək fikrində deyiləm"

"Real" ardıcıl 2-ci dəfə Çempionlar Liqasının finalına vəsiqə qazanıb. Həlledici oyunda Madrid klubunun rəqibi "Yuventus" olacaq. 

"Real" ardıcıl 2-ci dəfə Çempionlar Liqasının finalına vəsiqə qazanıb. Həlledici oyunda Madrid klubunun rəqibi "Yuventus" olacaq. "Real"ın kapitanı Serxio Ramos yarımfinaldan sonra bunları deyib: "Hiquain yaxşı dostdur. Onunla yaxşı münasibətlərimiz qalmaqdadır. Amma meydanda ona güzəşt etmək fikrində deyiləm. "Atletiko" ilə oyunun asan keçəcəyini heç kim demirdi. Komandamla fəxr edirəm. Oyun çətin məcrada keçəndə indvidual keyfiyyətlərimiz sayəsində məqsədimizə çatdıq". Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31