Gündəm
Trampdan Ermənistana ŞOK SANKSİYA: Sarkisyanın üzərindən XƏTT ÇƏKİLDİ
ABŞ Ermənistanda parlament seçkilərinin saxtalaşdırılmasında iştirak edən şəxslərə qarşı sanksiyaların tətbiqi prosesinə başlayıb. parlament seçkilərini saxtalaşdırmaqda şübhəli bilinən hakim Respublika Partiyasının bir sıra üzvünün ABŞ hökumətinin maliyyələşdirdiyi layihələrdə iştirakına qadağa qoyulacaq.
Rusiyada elmə məlum olmayan heyvan tapıldı
Rusiyanın Ural bölgəsində paleontoloqlara məlum olmayan heyvan növünün sümükləri tapılıb. Tapıntını üzə çıxaran Rusiya alimləri ilə birgə heyətdə Britaniya, Avstraliya, Danimarka, Polşa, ABŞ və Fransa alimləri də olub. Ural dağlarının mağaralarında tapılmış heyvanın sümükləri bərpa olunduqdan sonra əvvəlcə onun bizon olduğunu düşünüblər.
Qırğızıstan portalında ulu öndər Heydər Əliyev haqqında məqalə yayılıb
Qırğızıstanın goldenbridgenews.com portalı AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudovun ulu öndər Heydər Əliyev haqqında rus dilində geniş məqaləsini yerləşdirib.
Zavod yanır
Türkiyənin Trabzon vilayətində mebel istehsalı zavodu yanır. “Olaylar” “Miliyyet” -ə istinadən bildirir ki, Trabzonun Arsin bölgəsində yerləşən zavodda səhər saatlarında səhər saatlarında yanğın baş verib. Hadisə yerinə çoxlu sayda yanğınsöndürənlər cəlb olunub. Verilən məlumata əsasən yanğınön səbəbi məlum deyil.
"Rolex" tarixi modelini rekord qiymətə satışa çıxardı
Ən məşhur saat brendi "Rolex" 6062 modelini satışa çıxarıb. Qızıl saata 1.5 milyon qiymət qoyulub. Vyetnamda imperator "Nguyen Dynasty"nin şərəfinə istehsal olunan bu saatı 1954-cü ildə "Bao Dai" adı ilə tanınan şəxs alıb. Milli.Az xarici mediaya istinadla xəbər verir.
Meksikada ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə bağlı tədbir keçirilib
Meksika Azərbaycan icmasının üzvləri iştirak etdiyi bu tədbirdə Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında Səfirliyinin müvəqqəti işlər vəkili Məmməd Talıbov çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən bəhs edib, onun müasir Azərbaycan tarixində müstəsna rolunu qeyd edərək Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdiyini və ölkəni xaos və böhrandan qurtararaq qısa vaxt ərzində qabaqcıl və nüfuzlu ölkəyə çevrilməsinə nail olduğunu bildirin.
Miqrasiya Xidmətinin rəisi ATİB rəhbərliyi ilə görüşüb
Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) və Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) rəsmiləri ilə görüşüb. “OLAYLAR”-ın xəbərinə görə, görüşdə Bakıda bu günlərdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının fəlsəfəsinə dair söhbət açılıb.
Metropolitenin könüllüləri İslam Oyunlarına hazırdır
Mayın 12-dən 22-dək Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları zamanı Bakı metropolitenində təşkil edilən sosial əhəmiyyətli layihələrdən biri də könüllülərin fəaliyyəti ilə bağlı olacaq. “OLAYLAR”-ın xəbərinə görə. 2015-ci ildə Bakıda keçirilmiş birinci Avropa Oyunları zamanı da metropolitendə könüllülərin xidmətindən istifadə olunmuşdu. "Bakı Metropoliteni" QSC-nin rəhbərliyi bu uğurlu təcrübəni İslam Oyunları dövründə də tətbiq edəcək. Metropolitenin Oyunların keçiriləcəyi arenaların, həmçinin şəhər mərkəzinin yaxınlığında yerləşən stansiyalarında fəaliyyət göstərən könüllülər üzərində «Ask me» (tərcüməsi – "Məndən soruş") yazılmış köynəkləri və metropolitenin atributları olan geyimləri ilə diqqət çəkəcəklər.
Müəllim və valideynlər qəbul ediləcək
Mayın 12-də paytaxtın Yasamal, Səbail və Qaradağ rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən daxil olub.
IV İslam Həmrəyliyi Oyunlarının tamaşaçı və qonaqları elektrik qatarlarından pulsuz istifadə edəcək
IV İslam Həmrəyliyi Oyunları zamanı dəmir yolu nəqliyyatının tənzimlənməsi üçün “Azərbaycan Dəmir Yolları” QSC sədrinin əmri ilə Tədbirlər Planı hazırlanıb.
Şəxsiyyət vəsiqəsi ilə xaricə getmək mümkün olacaq
Gələn il yanvarın 1-dən xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilə bağlanmış olduğu halda, Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsindən də vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulan sənəd kimi istifadə oluna bilər.
14 yaşlı qızı başından güllələdi - Mesajlarından bezdiyinə görə
Amerikada iki məktəbli oğlan 14 yaşlı qızı başından güllələyiblər. 16 yaşlarında olan Colter Danny Peterson və Jayzen Deckerhəbs cəzası alacaqlar. Oğlanlar Deserae Turneri başından güllələsələr də, qız ölməyib. Lakin onun gözləri tutulub. Onlar qızı güllələdikdən sonra kimsəsiz adada qoyaraq qaçıblar. Cinayətkarlar tutulublar.
Millət vəkili: “Azərbaycan dünyada sülhün və ədalətin tərəfdarıdır”
“Bakıda keçirilmiş IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumun həm ölkəmiz üçün, həm də dünya siyasəti üçün böyük əhəmiyyəti oldu. Azərbaycan inkişaf edən ölkədir və biz çalışırıq ki, iqtisadiyyatımızı şaxələndirməklə ölkəmizə beynəlxalq arenadan daha çox gəlirlər gəlsin. Dünya praktikasında da qəbul olunmuş ən gəlir gətirən sahələrin önündə turizm sektorun inkişafı və xarici turistlərin cəlbi dayanır. Demək olar ki, ölkəmizdə turizm infrastrukturu formalaşıb. Amma beynəlxalq miqyasda təbliğinə böyük ehtiyac var”. Bunu millət vəkili Azər Badamov deyib.
Politoloq: “Bakı dostluğun və birliyin rəmzinə çevrilib”
“Bakıda keçirilən IV İslam Həmrəylik Oyunlarının məhz ölkəmizdə keçirilməsi Azərbaycanın bir ölkə kimi nüfuzunun artmasına səbəb olub”. Bunu politoloq Zaur Məmmədov deyib.
Bəzi idman kompleksləri istiqamətində hərəkət edən avtobusların sayı artırılıb
Bu gün IV Həmrəyliyi Oyunları çərçivəsində Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən "AZAL Arena"da keçirilən futbol yarışlarını izləmək istəyən tamaşaçıların, könüllülərin və digər şəxslərin rahat daşınmasını təmin etmək üçün xüsusi ekspress xətt fəaliyyətə başlayıb.














