Miqrasiya Xidmətinin rəisi ATİB rəhbərliyi ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) və Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) rəsmiləri ilə görüşüb. “OLAYLAR”-ın xəbərinə görə, görüşdə Bakıda bu günlərdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının fəlsəfəsinə dair söhbət açılıb.

Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) və Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) rəsmiləri ilə görüşüb. "OLAYLAR"-ın xəbərinə görə, görüşdə Bakıda bu günlərdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının fəlsəfəsinə dair söhbət açılıb. Xidmət rəisi qeyd edib ki, Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycanın iqtisadi inkişafı nəinki xarici investisiyaların axınını sürətləndirir, həmçinin ölkədə əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilərin də sayının artmasına səbəb olur. Bu da, öz növbəsində miqrasiya proseslərinə nəzarətin gücləndirilməsini zərurətə çevirir. Bu kimi məsələlərlə bağlı hələ bu ilin əvvəlində Türkiyəyə səfəri çərçivəsində keçirilən görüşlərdə aparılmış çoxşaxəli müzakirələri qeyd edən F.Nəbiyev Azərbaycanda fəaliyyət göstərən hər bir şirkət rəhbərinin də ölkəmizin qanunlarına riayət etmələrinin vacibliyini diqqətə çatdırıb. Hazırda miqrasiya sahəsində qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirildiyini deyən Xidmət rəisi miqrantların hüquqlarının qorunması üçün onların ölkədə olma və yaşamalarını leqallaşdırmalarının, respublikaya gələrkən bəyan edilmiş məqsədlərinə əməl etmələrinin vacibliyini vurğulayıb.

Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) sədri Cemal Yangın, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) sədri Ali İhsan Genç Azərbaycanda iş adamlarına yaradılan şəraitdən razılıqlarını bildiriblər. Digər ölkələrdə də Azərbaycanda tətbiq edilən müsbət təcrübə haqqında məlumatlar çatdırılmasının vacibliyini söyləyiblər. Azərbaycanın iqtisadi, sosial, mədəni inkişafına dəstək olmaqla yanaşı iki qardaş ölkə arasında iqtisadi körpü vəzifəsini də məsuliyyətli bir şəkildə davam etdirdiklərini deyiblər. Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralın da iştirak etdiyi görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31