Gündəm
Şurada “Narkomaniyaya, korrupsiyaya, insan alverinə və terrorizmə qarşı mübarizə” qrupuna aid QHT-lərlə görüş keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına “narkomaniyaya, korrupsiyaya, insan alverinə və terrorizmə qarşı mübarizə” qrupundan üzv seçilən “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyevin adıçəkilən sahə üzrə ixtisaslaşmış QHT-lərlə görüşü keçirilib.
İrəvanda Azərbaycan almalarına görə həbslər başladı – RƏSMİ
Ermənistanda Azərbaycan almaları ətrafındakı qalmaqal davam edir. İstiPress-in “newsarmenia” saytına istinadən verdiyi məlumata görə, artıq 4 nəfər həbs edilib.
DİQQƏT: Azərbaycanda hər an zəlzələ baş verə bilər – RƏSMİ
“Azərbaycanda yeraltı təkanlar həmişə qeydə alınır. Sadəcə olaraq onlardan bəziləri hiss olunur, bəziləri isə olunmur”.
Britaniyada 3 qadın terrorçuluqda ittiham edilib
Böyük Britaniya hökuməti Birləşmiş Krallığın ərazisində terror aktlarının hazırlanmasında şübhəli bilinən üç qadına ittiham irəli sürüb.
Tramp Ərdoğanı ABŞ-a çağırdı
ABŞ prezidenti Donald Tramp mayın 16-da türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Bu barədə Ağ Ev məlumat yayıb.
İslamiadanın Sınaq Açılışının nəqliyyat əməliyyatları uğurla başa çatıb
IV İslam Həmrəyliyi Oyunlarının Sınaq Açılış zamanı Açılış və Bağlanış mərasimləri günü (12 və 22 may tarixlərində) üçün nəzərdə tutulan nəqliyyat əməliyyatları da test edilib.
Ermənilər 120 dəfə atəşkəsi pozub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 120 dəfə pozub.
Rays açıqladı: "Putin ABŞ-dan qisas aldı"
"Rusiya həqiqətən ABŞ-dakı seçkilərə müdaxilə edib və buna görə cəzalandırılmalıdır." Bunu MSNBC televiziyasına müsahibəsində ABŞ-ın keçmiş dövlət katibi Kondaliza Rays söyləyib.
Ermənistan AES fəaliyyətini müvəqqəti dayandırıb
Ermənistan Atom Elektrik Stansiyası (AES) mayın 10-dan plan üzrə illik təmir və yanacaq doldurulması üçün dayandırılıb. Report xəbər verir ki, bu barədə ölkənin Energetika İnfrastrukturu və Təbii Ehtiyatlar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, AES bu il iyunun 9-da yenidən fəaliyyətə başlayacaq.
IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu “Euronews” telekanalında
“Euronews” telekanalında Bakının ev sahibliyi etdiyi IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunan sujet yayımlanıb. Süjetdə Forumun əhəmiyyəti vurğulanıb. Azərbaycan dövlətinin və BMT-nin təşkil etdiyi Forumda dünyanın 120 ölkəsindən siyasi, mədəni və elmi elitanın yüzlərlə nümayəndəsi iştirak edib. Qonaqlar arasında 50 beynəlxalq təşkilatın mütəxəssisi də olub. Bu haqda nüfuzlu “Euronews” telekanalının yayımladığı süjetdə deyilir.
Ekspert: “Forumda hər kəs sülh çağırışı edirdi”
“4-6 may tarixlərində Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. Forum UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda reallaşıb.
3 nəfər qızı döyüb, diri-diri basdırdılar, amma qız sağ qaldı - VİDEO
Ata diri-diri basdırılan qızını 2 saat sonra xilas edə bilib. Hadisə Hindistanın Bihar vilayətində baş verib. Görüntülərdə 19 yaşlı Xuşboo Xatunun torpaqdan çıxarılması əks olunub.
Qondarma "erməni soyqırımı"nın Ukrayna Ali Radasında müzakirəyə çıxarılmasının qarşısı alındı
Ukrayn Ali Radasının gündəmində qondarma "erməni soyqırımı"nın tanınmasına dair məsələ yoxdur. Bunu açıqlamasında Ali Radanın Azərbaycan-Ukrayna parlamentlərarası dostluq qrupunun rəhbəri, deputat Maksim Kuryaçi deyib. Bu yaxınlarda Zaporojyedən olan deputatların qondarma "erməni soyqırımı"nın tanınmasına dair qanun layihəsini qanunverici orqana təqdim etməyə cəhd göstərməsini şərh edən M.Kuryaçi vurğulayıb ki, hazırda Ukrayna Ali Radasının gündəliyində belə məsələ yoxdur: "Üstəlik, heç ictimaiyyət arasında da belə məsələ aktual deyil. Yerli şuralardan heç birinin belə strateji məsələləri müzakirəyə çıxarmaq hüququ yoxdur. Əgər kimsə buna cəhd edərsə səlahiyyətlərini aşmış olar".
Qubada "Heydər Əliyev və Azərbaycan mətbuatı”
Tehran Seysmoloji Xidməti: "Saatıldakı zəlzələ İranda da hiss olunub"
Saatlıda baş verən zəlzələ İran ərazisində də hiss olunub. Bu barədə məlumatı Tehran Seysmoloji Xidməti təsdiqləyib. Tehran Seysmoloji Xidmətindən verilən məlumata görə, episentri Saatlıda qeydə alınan yeraltı təkanlar əsasən Ərdəbil və Mişkinşəhrdə hiss olunub. Xəsarət alanlar olması barədə məlumat verilməyib. Həmin şəhərlərdə dağıntıların olub-olmamasının araşdırlması üçün əraziyə xüsusi operativ qruplar göndərilib.














