Gündəm
Ən məşhur xəbər proqramı bağlandı - İsraildə şok - VİDEO
Bağışlayın məni, amma sizə çox pis xəbərim var. Proqramımızı bağlayırlar. Nə edəcəyimi, nə deyəcəyimi bilmirəm. İsrailin dövlət televiziya kanalı olan "1-ci kanal"ın ən məşhur xəbər proqramı sayılan "Mabat LaHadashot" ("Xəbərlərə baxış") qapadılıb.
Bakı avtovağzalı yenidən nazirliyə verildi
Bir müddət öncə Azərbaycan Respublikası prezidentinin İşlər İdarəsinin balansına verilən Bakı Beynəlxalq Avtovağzal Kompleksi yenidən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansına verilib.
Ceyms Komi: "Prezidentin məni əsassız olaraq istefaya göndərə biləcəyini gözləyirdim"
ABŞ Federal Tədqiqatlar Bürosunun (FBİ) vəzifəsindən uzaqlaşdırılan keçmiş rəhbəri Ceyms Komi qurumun əməkdaşlarına vida məktubu göndərib. Bu barədə CNN məlumat yayıb. C.Komi məktubunda bildirib ki, prezidentin onu hər hansı əsas olmadan işdən kənarlaşdıra biləcəyini gözləyirdi: "Uzun müddət mən hesab edirdim ki, prezident məni heç bir əsas və ya səbəb olmadan istefaya göndərə bilər. Mən bu qərarla bağlı lazımsız düşüncələrə və əslində bu cür qərarların necə verilməli olduğu barədə fikirlərə vaxt sərf etmək niyyətində deyiləm. Ümid edirəm ki, siz də mənimlə həmfikirsiniz. Bu, artıq baş verib. Mənimlə bağlı hər şey qaydasındadır. Lakin həm sizlər, həm də iş üçün çox darıxacağam".
AMEA-nın nümayəndələri Fəxri xiyabanda
Akademik Vasim Məmmədəliyev “Qızıl çinar” mükafatına layiq görülüb
Toyda faciə
Əməkdar artist xəstəxanaya yerləşdirilib
Fransua Ollandın alacağı təqaüdün məbləği açıqlandı
Heydər Əliyevin ildönümü Mərkəzi Neftçilər Xəstəxanasında qeyd olundu
Səhiyyə Nazirliyinin rəsmiləri Fəxri Xiyabanı ziyarət ediblər
Masallı “ASAN Həyat”da Ümummilli Lider Heydər Əliyev anıldı
“Snapdragon 630” prosessoru təqdim olunub
ABŞ-ın “Qualcomm” şirkəti orta səviyyəli smartfonlarda istifadə üçün nəzərdə tutulan 14 nanometrlik “Snapdragon 630” prosessorunu təqdim edib.
İlk “4G” kiçik mobil rabitə baza stansiyası buraxılıb
ABŞ-ın “Sprint” şirkəti dünyada ilk simsiz “4G” mini-mobil rabitə baza stansiyasını təqdim edib. Həm kommersiya, həm də şəxsi istifadə üçün nəzərdə tutulan qurğu ABŞ istifadəçilərinin yararlandığı “Sprint LTE Plus” şəbəkəsində əhatəni və məlumatların ötürülmə sürətini xeyli yaxşılaşdırmağa imkan verir.
“Intel”in çiplərində aşkar edilmiş boşluq kompüterlərə müdaxiləyə imkan verir
“Intel” korporasiyasının istehsalı olan çiplərdə aşkar edilmiş boşluq hakerlərə kompüter üzərində uzaq məsafədən nəzarəti tam ələ keçirməyə imkan verir. Boşluq “Active Management Technology” (AMT) aparat texnologiyasında aşkar edilib. İnzibatçılar bu aparat texnologiyasının köməyi ilə uzaq məsafədən kompüterlərə xidmət göstərir və başqa məsələləri (məsələn, proqram təminatını yeniləyir və sərt diskləri təmizləyirlər) yerinə yetirirlər. AMT qurğu sönülü olduqda belə klaviatura və “maus”u idarə etməyə imkan verir.
Smartfondan suyun səs vasitəsilə təmizlənilməsi üsulu kəşf edilib
ABŞ Patent Bürosu “Apple” şirkətinin smartfonun su təsirindən daha mükəmməl mühafizəsini nəzərdə tutan texnologiyanın təsvir edildiyi sənədi dərc edib. Söhbət “iPhone” smartfonunun korpusundan suyun təmizlənilməsi sistemindən gedir.













